Bayden Konqresi Kiyevə 33 milyard dollar yardım tələbini dərhal təsdiqləməyə çağırıb
Amerika liderinin sözlərinə görə, əks halda ABŞ təxminən 10 gün ərzində Kiyevə yardımı dayandırmağa məcbur olacaq.ABŞ prezidenti Co Bayden Konqresi onun yaxın günlərdə müvafiq qanun layihəsini imzalaya bilməsi üçün Ukraynaya əlavə 33 milyard dollar yardım tələbini dərhal təsdiqləməyə çağırıb.
Marja.az xəbər verir ki, bu barədə bazar ertəsi Ağ Evin mətbuat xidməti tərəfindən yayılan Amerika liderinin bəyanatında deyilir.
Onun sözlərinə görə, bu edilməsə, ABŞ təxminən 10 gün ərzində Kiyevə yardımı dayandırmaq məcburiyyətində qalacaq.
"Bu, təcili ehtiyacdır: Ukrayna döyüşçülərini dəstəkləmək üçün Konqresdəki ikipartiyalı çoxluğun mənə ayırdığı resursları demək olar ki, tükətmişik. Biz Konqresin növbəti addımını gözlədiyimiz müddətdə yardımın dayandırılmasına icazə verə bilmərik. Bu kritik xəttə təxminən 10 gün var", - deyə Ağ Ev rəhbəri xəbərdarlıq edib.
“Mən Konqresi Ukraynaya əlavə yardım haqqında qanun layihəsini dərhal qəbul etməyə və yaxın bir neçə gün ərzində imza üçün mənə təqdim etməyə çağırıram”, o deyib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
3 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib






















