Britaniya Rusiya platininə və palladiumuna 35% rüsum tətbiq edir
Artırılmış rüsumlara məruz qalan Rusiya idxalının və Britaniyanın Rusiyaya ixracının ümumi həcmi 5 milyard dollara çatacaqBöyük Britaniya Rusiya və Belarusdan platin, palladium və kimya məhsulları da daxil olmaqla bir sıra yeni malların idxalına 35% artırılmış rüsumlar tətbiq edəcək.
Marja.az xəbər verir ki, bu barədə bazar günü Böyük Britaniya hökumətinin saytında yayılan məlumatda deyilir.
Qeyd olunub ki, artmış rüsumlar tətbiq ediləcək Rusiya Federasiyasından idxal və Böyük Britaniyanın Rusiya Federasiyasına ixracının ümumi həcmi 4 milyard funt-sterlinqə (5 milyard dollar) çatacaq.
"İndi ixrac-idxal sanksiyaları dəyəri 4 milyard funt sterlinqdən çox olan mallara şamil olunacaq ki, bu da Putinin hərbi məqsədlərinə böyük zərbə vuracaq. Müttəfiqlərimizlə sıx əməkdaşlıq edərək, biz Putinin planlarını puça çıxara bilərik", - British Finance-in bəyanatında deyilir.
Bu tədbirlər Rusiyanın Ukraynadakı hərbi əməliyyatına cavab olaraq tətbiq edilir.
Britaniya Maliyyə Nazirliyinin hesablamalarına görə, növbəti sanksiyalar paketinin tətbiqindən sonra krallığa Rusiyadan idxal edilən malların 96%-nə (qızıl və enerji istisna olmaqla) və Britaniyanın Rusiyaya ixracının 60%-nə məhdudiyyətlər tətbiq olunacaq. Britaniya hökuməti Rusiyadan olan bütün ixracatçıları alternativ təchizat mənbələri tapmağa təşviq edir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
8 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib






















