Bir sıra iri şirkətlərin güzəştli maliyyədən istifadə edə bilmələri üçün təkliflər hazırlanır
Sahibkarlığın İnkişafı Fondunda Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüş keçirilib.
Fonddan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, görüşdə quş əti istehsalı sektorunda mövcud vəziyyət və istehsalçıların maliyyə mənbələrinə çıxış imkanları müzakirə olunub.
Assosiasiya üzvləri yem bitkilərinin nisbətən ucuz olduğu yığım mövsümünün yaxınlaşdığını nəzərə alaraq, yem ehtiyatının yaradılması məqsədilə güzəştli maliyyə dəstəyinə ehtiyac olduğu bildiriblər.
Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edən Osman Xaliyev ölkədə antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara dəstək göstərilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel tarixli Qərarı barədə məlumat verib.
Bildirilib ki, mexanizm üzrə minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emalla məşğul olan KOB subyektlərinə 2022-ci ildə verilən və məbləği hər bir sahibkarlıq subyekti üzrə 3 milyon manatadək olan kreditlərin faizinin 10% bəndinədək hissəsi 12 ayadək subsidiyalaşdırılacaqdır.
Görüşdə həmçinin minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emalla məşğul olan iri sahibkarlıq subyektlərinin də güzəştli maliyyə resurslarından istifadə edə bilməsi üçün təkliflərin hazırlandığı qeyd edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 21 saat sonra
-
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 2 saat əvvəl
-
15 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
17 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















