"PAŞA Bank"ın Türkiyədəki törəməsinin xalis mənfəəti 2 dəfədən çox artıb
“PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi “PAŞA Yatırım Bankası” bu ilin I rübünü 30,061 milyon lirə (3,457 milyon manat) xalis mənfəətlə başa vurub.
Bankın maliyyə hesabatına görə, bu, ötən ilin eyni dövrünə nisbətən 2,2 dəfə çoxdur.
Ötən il "PAŞA Yatırım Bankası"nın faiz gəlirləri 79,338 milyon lirə (9,124 milyon manat, illik müqayisədə 87% çox), faiz xərcləri 41,738 milyon lirə (4,8 milyon manat, 2,1 dəfə çox), haqq və komissiya gəlirləri 8,278 milyon lirə (952 min manat, 5 dəfə çox), qiymətli kağızların alqı-satqısından gəlirləri 8,489 milyon lirə (976 min manat, 33,9% çox), inzibati xərcləri 8,974 milyon lirə (1,032 milyon manat, 71,2% çox), digər gəlirləri 3,662 milyon lirə (421 min manat, 56,45% az), digər xərcləri 6,877 milyon lirə (791 min manat, 26,9% çox), xüsusi ehtiyatlara ayırmaları 2,797 milyon lirə (322 min manat, 75,1% az), mənfəət vergisi ödəmələri isə 9,32 milyon lirə (1,072 milyon manat, 2,6 dəfə çox) təşkil edib.
Bu il aprelin 1-nə “PAŞA Yatırım Bankası”nın aktivləri 3 959,423 milyon lirə (455,334 milyon manat) olub ki, bu da illik müqayisədə 62,3% çoxdur. Bunun 2 524,965 milyon lirəsi (290,371 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 56,1% böyüyüb.
Hesabat dövründə “PAŞA Yatırım Bankası”nın öhdəlikləri 78,3% artaraq 3 322,776 milyon lirəyə (382,119 milyon manat), balans kapitalı isə 10,5% artaraq 636,647 milyon lirəyə (73,214 milyon manat) çatıb.
Xatırladaq ki, "PAŞA Yatırım Bankası" 2015-ci ildə "PAŞA Bank"ın Türkiyənin "Aksoy Holdinq"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon lirədir (57,5 milyon manat). Bankın səhmlərinin 50,96%-i “PAŞA Bank”a, 49%-i Bankın daxil olduğu “PAŞA Holdinq” MMC-yə, 0,04%-i isə “Aksoy Holdinq”ə məxsusdur.
1 lirə = 0,115 manat
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 0% komissiya
© “Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
8 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək



























