Avropa İttifaqı Rusiya nefti ilə bağlı tam qadağaları nəzərdə tutan təklif təqdim etməyə hazırlaşır
Avropa İttifaqı (Aİ) Rusiya nefti ilə bağlı, il ərzində idxalın mərhələli şəkildə məhdudlaşdırılmasını və ilin sonunda isə tam qadağanı nəzərdə tutan təklif təqdim etməyə hazırlaşır.
Marja xəbər verir ki, bu barədə Bloomberg öz mənbələrinə istinadən məlumat yayıb.
Xəbərə görə, sanksiya qərarı Avropa İttifaqı səfirlərinin toplantısında verilə bilər. Bununla belə, Aİ-nin altıncı sanksiya paketi olacaq təklifin hələ də tam aydın olmadığı və rəsmi təklif kimi təqdim edilmədən dəyişdirilə biləcəyi bildirilir.
Aİ-nin sanksiyalarının qəbul olunması üçün 27 ölkənin hamısının dəstəyini tələb edir. Bəzi ölkələr, o cümlədən Macarıstan uzun müddətdir ki, Rusiya neftini hədəf alan sanksiyalara qarşı çıxıb.
Bloomberg daha əvvəl enerji sanksiyalarına müqavimət göstərən ölkələrdən biri olan Almaniyanın yeni sanksiyalar paketinə yaşıl işıq yandırdığını qeyd edib.
Təbii qaz böhranı səbəbilə gərginliyin yüksək olduğu, müharibə mövzusunda Putinə təzyiq göstərməyə çalışan Avropa İttifaqının neft embarqosu qərarının riskləri əhəmiyyətli dərəcədə artıracağı düşünülür. 2019-cu ildə Aİ xam neft idxalının təxminən üçdə ikisini Rusiyadan həyata keçirib.
Qeyd edək ki, neft yeni həftəyə ucuzlaşma ilə başlayıb. Buna səbəb Çinin epidemiya tədbirləridir. Bakı vaxtı ilə saat 09:00-da Brent nefti 0,8% ucuzlaşaraq 106,28 dollardan ticarət olunub.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
6 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























