Azər Türk Bank 5-ci rəqəmsal filialını açdı
(®) Ölkə bank sistemində bir ilk olaraq rəqəmsal ofisini istifadəyə vermiş dövlət bankı Azər Türk Bank bu günlərdə özünün sayca beşinci olan “Rəqəmsal 5” filialını müştərilərinin ixtiyarına təqdim etdi.
Filial metronun “20 Yanvar” stansiyası yaxınlığında, H. Zərdabi prospekti, 3166 ünvanda yerləşir.
Azər Türk Bankın yenilənmiş müasir xidmət şəbəkəsində yer alan bu filialda da, bankın digər rəqəmsal ofislərində olduğu kimi, bütün xidmət və məhsullar, əməliyyatlar elektron formatda təklif olunur.
Qeyd edək ki, Bankın ərsəyə gətirdiyi unikal biznes ekosistemi müştərilərin Bankın veb-saytı, mobil tətbiqi vasitəsilə sifarişlərinin qəbulunu, onlayn qaydada sənədləşmə işlərinin görülməsini, daha sonra atb360 mobil əlavəsində banka gəlmədən, 24x7 ödəmə, köçürmə və başqa əməliyyatların rahat və ən qısa müddətdə həyata keçirilməsini mümkün edir. Bu sistem üzrə növbəti və sonuncu mərhələ, lazım olduğu təqdirdə, müştərinin filiala müraciət etməsidir.
Bankın qurduğu ekosistem innovativ xidmət şəbəkəsi vasitəsilə Azərbaycanda tələb oluna biləcək ən müasir sistemləri, məhsul və xidmətləri təqdim etməyə imkan verir.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 16 saat əvvəl
-
- 16 saat əvvəl
-
18 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















