"Xalq” Bankı irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
Azərbaycan bankı Türkiyə bankına borc verib.04 aprel 2022-ci il tarixdə ASC "Xalq” Bankı Türkiyə Respublikasının "Ziraat Bankı"nın istehsalda ekoloji, sosial və idarəetmə meyarlarına (ESG) uyğun olaraq, 1,24 milyard dollar məbləğində sindikat kreditləşməsi layihəsində iştirak etmişdir. Kredit gender bərabərliyinin dəstəklənməsi üçün istifadə olunacaq.
Bankdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, layihədə 21 ölkədən 45 bank yer almışdır.
Məlumatda qeyd edilir ki, Xalq Bankın bu layihədə iştirakı banklararası münasibətlərin möhkəmləndirilməsi və Türkiyə Respublikası bankları ilə əməkdaşlığın davamlı inkişafının təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Sindikat kreditləşməsi bir borcalana vəsait ayrılması üçün kreditorlar qrupu tərəfindən təklif olunan maliyyələşdirmə alətidir.
Xatırladaq ki, Türkiyə Respublikasının dövlət bankı olan Ziraat Bank 1863-cü ildən fəaliyyət göstərir. Bankın dünya üzrə 111 nümayəndəliyi mövcuddur.
2004-cü ildə əsası qoyulmuş Xalq Bank əsas maliyyə və bazar göstəricilərinə görə Azərbaycanın özəl bankları sırasında ilk üçlükdə yer alır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
7 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 7 saat əvvəl
-
9 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















