"Schneider Electric" Rusiyadakı aktivlərini satmağı planlaşdırır
Qrupun ümumi gəlirlərinin 2%-ə qədəri Rusiyanın payına düşübFransa korporasiyası "Schneider Electric" Rusiyadakı aktivlərini yerli investora satmaq niyyətindədir.
Marja xəbər verir ki, Şirkət bu barədə çərşənbə günü açıqladığı 2022-ci ilin 1-ci rübünün maliyyə nəticələri haqqında hesabatında məlumat verib.
"İmkanları hərtərəfli nəzərdən keçirdikdən sonra "Schneider Electric" bu gün "Schneider Electric Rusiya"nı yerli idarəetmə komandasına satmaq barədə niyyət məktubunun imzalandığını elan edir. Bu müqavilə yerli hakimiyyət orqanları tərəfindən təsdiqlənəcək", - məlumatda deyilir. Bu yolla şirkət 300 milyon avroya qədər xalis balans dəyərinin silinəcəyini gözləyir.
Şirkət xatırladır ki, 2022-ci il fevralın 24-dən Rusiya və Belarusa yeni investisiyaları, həmçinin bu ölkələrdə yeni layihələrin həyata keçirilməsini dayandırıb. Schneider Electric-in məlumatına görə, onun Rusiyadan ayrılması nizamlı şəkildə davam edəcək və Rusiya və Belarusdakı 3,5 min işçisini dəstəkləmək üçün vəsait ayıracaq. Qrupun ümumi gəlirinin 2%-ə qədərinin Rusiyanın payına düşdüyü qeyd edilir.
"Schneider Electric" enerjinin idarə edilməsi və sənayenin avtomatlaşdırılması üzrə ixtisaslaşmışdır. Şirkətin bölmələri dünyanın 100-dən çox ölkəsində uğurla fəaliyyət göstərir. "Schneider Electric" enerji və infrastruktur, sənaye, mülki və yaşayış binaları və məlumat mərkəzləri üçün inteqrasiya olunmuş enerji səmərəliliyi həlləri təqdim edir. Şirkətin saytındakı məlumata görə, onun Rusiyada beş zavodu var və nümayəndəlikləri ölkənin 30-dan çox şəhərində yerləşir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
8 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























