Türkiyədəki Azərbaycan İş Adamları Birliyi sahibkarları təbrik edib
Türkiyədəki Azərbaycan İş Adamları Birliyinin (TAİB) adından, sədri Elşən Quliyev 25 Aprel “Sahibkarlar Günü” münasibətilə Azərbaycan sahibkarlarını təbrik edib.
Marja.az xəbər verir ki, təbrikdə deyilir:
"Türkiyədəki Azərbaycan İş Adamları Birliyi adından Cənab Prezidentimiz, İlham Əliyev tərəfindən 2016-cı ildən etibarən təsis edilmiş “Sahibkarlar Günü” münasibətilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan bütün iş adamlarını təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzulayırıq.
Əminliklə ifadə etmək istəyirik ki, bundan sonra da sahibkarlığın inkişafına göstərilən qayğı, xalqımızın əməyə olan hörməti və çalışqanlıq ruhu sahibkarlığın inkişafını daim dəstəkləyəcəkdir.
Biz, Türkiyədə yaşayan və qəlbi Azərbaycanla döyünən iş insanları da bu işdə daim aktiv rol almağa çaılışır, Azərbaycan və Türkiyə qardaşlığının parlaq gələcəyi üçün səylərimizi birləşdirməkdən qürur duyuruq.
Bütün sahibkarların bayram günü mübərək olsun!
Hörmətlə, TAİB İdarə Heyəti adından Elşən Quliyev"
Qeyd edək ki, Elşən Quliyev Azərbaycanda fəaliyyət göstərən “İnvestAZ İnvestisiya Şirkəti” QSC-nin səhmdarı və Müşahidə Şurasının sədridir.
Elşən Quliyev 2022-ci əvvəlindən Türkiyədəki Azərbaycan İş Adamları Birliyinin sədridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 21 saat sonra
-
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 2 saat əvvəl
-
15 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
17 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























