“Yapı Kredi Bank Azərbaycan” biznes kreditləri portfelini daha da artırıb
“Yapı Kredi Bank Azərbaycan” QSC 2022-ci ilin ilk rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, ötən ilin sonu ilə müqayisədə Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 16 milyon 36 min manat və ya 9,2% artaraq 31 mart 20222-ci il tarixində 190 milyon 950 min manata çatıb. Eyni tarixdə Bankın cəmi aktivləri 346 milyon 187 min manat təşkil edib
İlk rübdə Bankın biznes kreditləri portfeli 16 milyon 65 min manat aratarq 31 mart 2022-ci il tarixində 133 milyon 321 min manat təşkil edib.
Bankın saşınmaz əmlak kreditləri portfeli (ipoteka kreditləri) isə 1 milyon 486 min manat artaraq 18 milyon 993 min manata yüksəlib, istehlak kreditləri portfeli isə 1 milyon 514 min manat azalaraq 38 milyon 637 min manata düşüb.
31 Mart 2022-ci il tarixində “Yapı Kredi Bank Azərbaycan” 74 milyon 756 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 74 milyon 316 min manat məcmu kapitala malik idi.
"Yapı Kredi Bank Azərbaycan" 2022-ci ilin ilk rübünü 400 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövrünü 122 min manat xalis zərər ilə bağlamışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
8 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















