Azərbaycanda 5-ci böyük bankın xalis mənfəəti 2 dəfədən çox artıb

Aktivlərinin həcminə görə Azərbaycanda 5-ci böyük bank olan “Bank Respublika” ASC 2022-ci ilin 1-ci rübünü (yanvar-mart dövrünü) 6 milyon 42 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ilin eyni dövrünü 2 milyon 877 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Bank Respublika”nın xalis mənfəti 2,1 dəfə artıb.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, “Bank Respublika”nın faiz gəlirləri 2021-ci ilin ilk rübündə 18 milyon 327 min manat ikən, 2022-ci ilin eyni dövründə 29 milyon 486 min manat təşkil edib (11 milyon 158 min manat və ya 60,9% artıb). Bankın qeyri faiz gəlirləri isə 4 milyon 696 min manatdan 6 milyon 127 min manata yüksəlib (1 milyon 430 min manat və ya 30,5% artıb).
ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
2022-ci ilin ilk rübündə “Bank Respublika”nın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 35 milyon 612 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 29 milyon 922 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 5 milyon 690 min manat təşkil edib. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 352 min manat mənfəətə əlavə edilib. Nəticədə Bankın mənfəəti 6 milyon 42 min manata yüksəlib.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin ilk rübündə “Bank Respublika”nın cəmi əməliyyat gəlirləri 23 milyon 23 min manat, cəmi əməliyyat xərcləri 21 milyon 450 min manat, əməliyyat mənfəəti 1 milyon 573 min manat təşkil etmişdi. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlarda azad olmuş 1 milyon 303 min manatın hesabına mənfəət 2 milyon 877 min manata yüksəlmişdi.
BANK BÖYÜYÜB, KREDİTLƏR ARTIB
2021-ci ilin sonundan cari ilin ilk rübünün sonunadək olan dövrdə “Bank Respublika”nın cəmi aktivləri 14 milyon 988 min manat artaraq 1 milyard 247 milyon 356 min manata, o cümlədən, müştərilərə verilmiş kreditlər (kredit portfeli) 42 milyon 548 min manat artaraq 762 milyon 489 min manata çatıb.
İlk rübdə “Bank Respublika”nın depozit portfeli 26 milyon 677 min manat azalaraq 774 milyon 888 min manata düşüb. Azalma hüquqi şəxslərin depozitlərinin azalmasından qaynaqlanır.
MƏCMU KAPİTALI 100 MİLYON MANATA YAXINDIR
31 Mart 2022-ci il tarixində “Bank Republika” 99 milyon 398 min manat məcmu kapitala malik olub.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"Prime Cotton"dan daha bir beynəlxalq uğur - İpliklərinin tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
- 6 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?
-
2 saat əvvəl
Bankalar Bitcoin üçün il sonu qiymət proqnozlarını artırıblar
-
2 saat əvvəl
Azərbaycan Kredit Bürosunun Baş Direktoru Assosiasiya sədri seçilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azər-Türk Bank” səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azercell Amazon ilə tərəfdaşlıq qurur

AFB Bank 13% gəlirlilik təklif edən istiqrazlar təqdim edir

Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?

Azərbaycan Kredit Bürosunun Baş Direktoru Assosiasiya sədri seçilib

"Prime Cotton"dan daha bir beynəlxalq uğur - İpliklərinin tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi
Ən çox oxunanlar

Bu gün "Ucuz Tesla” modeli təqdim olunacaq

Toyota yüz minlərlə avtomobili geri çağırır: Kamerasında texniki nasazlıq aşkarlanıb

BOKT “Caspian İnvest” 11-ci filialını Qazaxda açdı

Əliyev Putinə zəng edib

Bankın Nəzarət şöbəsinə mütəxəssislər tələb olunur
