Brent neftin qiyməti aprelin 12-dən bəri ilk dəfə 100 dollardan aşağı düşüb
Dünyada yanacağa tələbatın azalması qorxusu fonunda əmtəə qiymətləri ucuzlaşıb. Buna ən çox Çindəki yeni karantin tədbirləri təsir edir.Londonun ICE Futures birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti 6% düşərək bir barel üçün 99,93 dollaradək geriləyib.
Marja xəbər verir ki, Brent neftinin qiyməti aprelin 12-dən bəri ilk dəfə 100 dollardan aşağı düşüb.
Nyu-York əmtəə birjasında WTI markalı neftin iyun fyuçersləri 6,3% ucuzlaşaraq barreli 95,5 dollar olub.
Dünyanın ən böyük neft istehlakçılarından biri olan Çində epidemioloji vəziyyət fonunda neftə tələbatın azalacağı ilə bağlı qorxular xammalın qiymətlərinə təzyiq göstərir.
Kotirovkaların sonrakı dinamikasını ilk növbədə epidemioloji və sanksiya xəbərləri müəyyən edəcək. Analitiklər hesab edir ki, bu həftə Brent markalı neftin fyuçersləri müvəqqəti olaraq bir barel üçün 100 dollardan aşağı düşə bilər, lakin dünya hasilatında hələ də zəif artım fonunda kotirovkaların bu səviyyələrdə möhkəmlənməsini gözlənilmir.
Neftin qiymətləri üçün digər risk faktoru Rusiyaya qarşı yeni sanksiyalarla bağlı vəziyyətdir. Rusiyaya qarşı neft embarqosunun tətbiqi ilə bağlı Avropa İttifaqında hələ də konsensus yoxdur. Buna baxmayaraq risk davam edir.
Neft qiymətlərinə təzyiq həm də ABŞ-ın başçılıq etdiyi Beynəlxalq Enerji Agentliyinin (BEA) üzvü olan ölkələrin strateji ehtiyatlarından may ayında gözlənilən yanacağın geniş miqyasda satışı ilə əlaqədardır. Yaxın altı ayda BEA strateji ehtiyatlarından ümumilikdə 240 milyon barel neft satmağı planlaşdırır ki, bunun da 180 milyon barrelini ABŞ bazara çıxaracaq.
Dolları məzənnələrinin artması da neftə əlavə təzyiq göstərir. Güclü dollar digər valyuta sahibləri üçün malları bahalaşdırır və bu, xammala olan tələbatı azaldır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
8 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib






















