Azərbaycanda 2022-nin ortalarından “AVRO-5” dizel, 2023-ün ortalarından isə “AVRO-5” benzin istehsal olunacaq
Neft Emalı Zavodunun böyük bir hissəsi tamamilə yenilənəcək2022-ci il 15 aprel tarixində Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) “Modernizasiyası və yenidənqurulması” layihəsi çərçivəsində görülən işlər haqqında ictimaiyyəti məlumatlandırmaq, inşa ediləcək Çirkab Suların Təmizlənməsi Qurğusunun (ÇSTQ) və təmizlənmiş suların axıdılması üçün çəkiləcək boru xəttinin tikintisi, həmçinin istismarı üzrə hazırlanmış Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin müzakirəsi məqsədilə dövlət qurumlarının nümayəndələri, ətraf mühit üzrə mütəxəssislər, media və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin iştirakı ilə ictimai müzakirə keçirilib.
SOCAR-ın yaydığı məlumatda bildirilir ki, tədbir zamanı “Modernizasiya və yenidənqurma” layihəsi çərçivəsində görülən işlər və yeni qurğular, xüsusilə ÇSTQ-nin ekoloji və ətraf mühitə olan müsbət və potensial təsirləri, həmçinin layihənin icrasından sonra ətraf mühitin idarə edilməsi planı və keçiriləcək monitorinqlər haqqında tədbir iştirakçılarına məlumat verilib.
SOCAR-ın “Downstream Management” şirkətinin Baş direktorunun müavini, layihənin direktoru Emil Alxaslı çıxışında bildirib ki, “AVRO-5” standartlarına uyğun dizel və benzin istehsal edəcək qurğuların inşası uğurla, təhlükəsiz şəkildə davam etdirilir. Belə ki, layihənin hazırkı mərhələsinin sonunda NEZ-də 22 əsas texnoloji qurğunun fəaliyyəti təmin olunacaq. Bir sıra yeni və müasir tələblərə cavab verən əsas texnoloji və ümumzavod təsərrüfatı qurğuları inşa edilərək istismara veriləcək, 5 əsas qurğuda isə müəyyən bərpa işləri həyata keçiriləcək. NEZ-in ümumzavod təsərrüfatı və mövcud infrastrukturunun böyük bir hissəsi tamamilə yenilənəcək.
Bundan əlavə, çıxış zamanı bildirilib ki, layihə çərçivəsində NEZ-də əməliyyat mükəmməlliyi və dayanıqlılığı proqramı həyata keçirilir. NEZ-in hər il təmirə dayanmasının qarşısının alınması məqsədilə proqram çərçivəsində 2021-ci ilin əvvəlindən kompleks tədbirlər planı hazırlanıb və hazırda icrası həyata keçirilir. Nəticədə razılaşdırılmış plana əsasən cari il aprelin 4-dən etibarən NEZ əsaslı planlı təmirə dayandırılıb. 2022-ci ildə əsaslı təmirə dayanma işlərinin uğurla icrasından sonra artıq NEZ-in təmirə dayanması hər il deyil, iki ildən bir həyata keçiriləcək. Layihənin növbəti mərhələlərinin icrası nəticəsində isə bir neçə ildən sonra təmirə dayanma prosesinin dörd ildən bir həyata keçirilməsi hədəf kimi qarşıya qoyulub.
Əsaslı təmir müddəti ərzində respublikanın müvafiq mühərrik yanacaqları ilə fasiləsiz təmin olunması ilə bağlı SOCAR tərəfindən lazımi tədbirlər görülüb. Bu səbəbdən, NEZ-də aparılan əsaslı təmir işləri müddətində ölkə daxilində yanacaq qıtlığının yaranması gözlənilmir. Layihənin icra qrafikinə əsasən təmir işləri tamamlandıqdan sonra, yəni, 2022-ci ilin ortalarından etibarən, əvvəlcə “AVRO-5” standartlarına uyğun dizel yanacağının istehsalı nəzərdə tutulub.
Digər yeni qurğuların mütəmadi olaraq istismara verilməsi ilə isə NEZ-də istehsal olunan benzinin keyfiyyətinin daha da artırılması və 2023-cü ilin ortalarından etibarən benzinin keyfiyyətinin də “AVRO-5” standartlarına çatdırılması qarşıya əsas məqsəd kimi qoyulub.
SOCAR-ın “Downstream Management” şirkətinin Ətraf mühit üzrə meneceri Tural Məhərrəmov çıxış edərək, layihənin ölkəmiz üçün böyük ekoloji əhəmiyyət kəsb etdiyini, layihə müddətində yerli və beynəlxalq ekoloji qanunvericiliyin tələblərinə diqqət yetirildiyini vurğulayıb. O, həmçinin müasir texnologiyaların tətbiq olunduğunu və qabaqlayıcı tədbirlərin görüldüyünu qeyd edib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, rəy və təkliflərin yekun sənəddə nəzərə alınacağı bildirilib. Daha sonra tədbir iştirakçıları, o cümlədən media nümayəndələri NEZ-in ərazisini gəzərək görülən işlərin mövcud vəziyyəti ilə tanış olublar.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
1 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
1 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
BOKT investorlara illik 18% gəlir təklif edir
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
Ən çox oxunanlar
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
























