Unibankdan ölkədə bir ilk- multivalyutalı bank kartı
(®) Unibank 3 illik strategiyasına uyğun olaraq çox ciddi dəyişikliklərə imza atmaqla, bütün addımları Bankın yeni mərhələsi olan transformasiya vizyonuna – Unibank 3.0-a uyğunlaşdırmaqda davam edir.
“Unibank- Sənin Bankın” istiqamətində görülən işlərin növbəti mərhələsi kimi “UCard – Sənin kartın” konsepti yaranır. Bütün bu işlər isə müştəriyönümlülüyü daha da gücləndirməyə xidmət edir.
Xarici marketinq məsləhətçilərinin iştirakı ilə yaradılan yeni kart məhsulu -UCard, müştərilərin ehtiyacları və gələcək gözləntilərinə hesablanıb. Yeni məhsulun yaranması prosesində ATM-lərin təkmilləşdirilərək müştəriyönümlü olmasına xüsusi diqqət yetirilib. Nəticə etibarı ilə isə yalnız UCard deyil, ümumilikdə bu qədər çoximkanlı kart ekosistemi müştərilərin istifadəsinə verilib.
“Unibank”in ölkə bank bazarında ilk olan kredit və multivalyutalı debet kartını özündə birləşdirən tək kartı – UCard artıq müştərilərin istifadəsinə hazırdır.
UCard 4 fərqli valyutada hesabları olan (AZN, USD, EUR, GBP) debet kartını və AZN valyutalı kredit xəttini birləşdirən tək kartdır.
Hər parametri ilə müştərinin tələbatına və rahatlığına uyğunlaşdırılan yeni məhsul, Unibank müştərisinə istər ölkə daxilində, istər xaricdə tək kart məhsulu ilə istədiyi əməliyyatları etmək, debet və kredit imkanlarından rahatlıqla istifadə imkanı yaradacaq.
Eyni anda kartdan həm debet, həm kredit xətti kimi istifadə edə biləcək. UCard-ın görünüşü də imkanlarına uyğundur: tam qızılı rəngdə- diqqətçəkən və gözoxşayan UCard özündə müştərinin arzuladığı üstünlükləri birləşdirib:
- Pulsuzdur- hər kəs ala bilər;
- Kartın müddəti -5 illik;
- 40 günədək faizsiz kredit xətti;
-10.000 AZN-dək güzəşt müddətli kredit xətti və 20 000 AZN-dək nağd kredit imkanı;
- Kart qalığına illik 5%-dək gəlir;
- 30%-dək keşbek;
- Taksit imkanı;
-Unibank ATM-lərində öz vəsaitini 0% komissiya ilə nağdlaşdırma;
- Müxtəlif valyutalı hesablardan istədiyini əsas hesab seçmək imkanı (həm mobil bankda, həm ATM-də)
ATM-lərdə UCard istifadə etməklə hər 4 hesabdan əməliyyat etmək, bank hesablarını görmək, UCard-ın əsas hesabını seçmək mümkündür. Kartın və ATM proqramlarının təkmilləşdirilməsi daimi proses kimi davam etdiyindən, yaxın vaxtlarda digər yeniliklər də olacaq. Gələcəkdə birbaşa ATM-lərdə müxtəlif əməliyyatlar etmək imkanı (pul köçürməsi, istənilən (karta bağlı olmayan) cari hesabdan nağdlaşdırma) da yaradılacaq.
“Unibank”ın sizə yaxın filialına yaxınlaşaraq, yerindəcə dərhal və pulsuz UCard əldə edə bilərsiniz.
UCard – Sənin kartın!
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
2 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























