Səudiyyə Ərəbistanı Yəmən hökumətinə 3 milyard dollarlıq iqtisadi yardım təşkil edir
Ər-Riyad Sənanın hakimiyyəti yeni prezident şurasına təhvil vermə qərarını alqışlayıbSəudiyyə Ərəbistanı Yəmən rəhbərinin səlahiyyətlərini yeni prezident şurasına ötürmək qərarını alqışlayır və Yəmən iqtisadiyyatını dəstəkləmək üçün 3 milyard dollarlıq yardımın göstərilməsini təşkil edəcəyini vəd edir,
Marja xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xəbər Agentliyi məlumat yayıb.
2 milyard dollar Ər-Riyaddan, 1 milyard dollar isə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiyaya daxil olan BƏƏ-dən gələcək. Ər-Riyad həmçinin BMT-nin Yəmənə humanitar yardım planına 300 milyon dollar ayıracaq.
Bundan əvvəl Yəmənin rəhbəri Abd Rabbo Mansur Hadi prezident yanında rəhbərlik şurasının yaradıldığını elan edib. Yeni şura həm prezidentin, həm də onun müavininin səlahiyyətlərini yerinə yetirəcək. O, keçid dövründə ölkənin siyasətini, hərbi işlərini və təhlükəsizliyini idarə edəcək.
Aprelin 1-də BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq bəyan edib ki, Ər-Riyadda Körfəz Əməkdaşlıq Şurasının himayəsi altında məsləhətləşmələrdə münaqişə tərəfləri hərbi əməliyyatları iki ay müddətinə dayandırmağa razılaşıblar. Daha sonra Yəmənin üsyançı “Ənsar Allah” (husilər) hərəkatının rəsmi nümayəndəsi Məhəmməd Əbdül Salam BMT-nin elan etdiyi atəşkəsi dəstəklədiyini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 7 saat əvvəl
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
10 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
10 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb



















