Bank Ağcabədidə rəqəmsal filialını istifadəyə verdi
Yelo Bank xidmət şəbəkəsini artırmaqla əhatə dairəsini genişləndirməyə davam edir.
Bank müştərilərə göstərilən xidmətlərin daha əlçatan olması üçün Ağcabədi şəhərində ilk rəqəmsal filialını istifadəyə verib. Ənənəvi filiallardan fərqli olaraq burada bütün əməliyyatlar xəzinə olmadan, aparatlar vasitəsilə aparılır.
Bankdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, filial müasir və funksional olmaqla yanaşı, digər filiallar kimi bankın “Parlaq Bankçılıq” şüarına uyğundur. Burada müştərilərin rahatlığı üçün terminal və kompüterlər vasitəsilə bank xidmətlərindən istifadə etmək imkanı yaradılıb.
Filialda nağd pul, biznes kreditləri, Yelo debet kart və digər məhsulların sifarişi ilə bərabər, 24/7 rejimində hesablara mədaxil, kartdan vəsaitin nağdlaşdırılması, müxtəlif ödənişlər də etmək mümkündür.
Filialın açılışı münasibətilə Yelo Bank-ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib ki, yeni, rəqəmsal filialda üstün xidmət səviyyəsi təqdim olunacaq: ”Rəqəmsal filialımız Ağcabədi sakinləri üçün maliyyə xidmətlərinin əlçatanlığına və bankçılıq təcrübələrinin yenilənməsinə yönəlib. Burada ənənəvi bank modelindən uzaqlaşaraq müştərilərimizə daha sürətli və rahat xidmət göstəriləcək. Əsas məqsədimiz strategiyamıza uyğun olaraq regionlarda fəaliyyətimizi daha da genişləndirmək, müştərilərin daha çox vaxt sərf etdiyi xidmətləri və bank əməliyyatlarını rəqəmsallaşdırmaqdır. Gələcəkdə rəqəmsal filiallarımızın çoxaldılması nəzərdə tutulub.”
Rəqəmsal filial Ağcabədi şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi, 200A ünvanında, LUKOYL YDM ərazisində fəaliyyət göstərir. Qeyd edək ki, Yelo Bank daha öncə LUKOYL Azərbaycan ilə birgə əməkdaşlıq çərçivəsində ilk özünəxidmət mərkəzini istifadəyə verib. Hazırda Yelo Bank-ın 15 filialı və 1 özünəxidmət mərkəzi fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
8 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























