AccessBank-ın simaları: Onlayn satışlar şöbəsinin menecerilə MÜSAHİBƏ
AccessBank-ın simaları: İxtiyar Əhmədov: “Müştərinin psixologiyası və istəklərinə bələd olmağım məhsul və xidmətlərimizin rəqəmsallaşdırılmasına kömək edir.”(®) AccessBank-ın simaları rubrikasında bugünkü həmsöhbətimiz Onlayn satışlar şöbəsinin meneceri İxtiyar Əhmədovdur.
-İxtiyar bəy, sizi doğum gününüz və yeni təyinatınız münasibətilə təbrik edirik! Həm yeni yaşınızda, həm də yeni vəzifənizdə bol-bol uğurlar arzu edirik! Yeni mövqeyinizdə ilk növbədə nə etməyi planlaşdırırsınız?
-Təbriklərə və xoş sözlərinizə görə təşəkkür edirəm! Bəli, bu ilin yanvar ayından AccessBank-ın Onlayn satışlar şöbəsinin meneceri kimi fəaliyyətimi davam etdirirəm.
Gənc nəsil müştərilərimiz rəqəmsal mühitdə böyüyüblər. Eyni zamanda, müxtəlif yaşda olan çoxlu sayda müştərilərimiz bank xidmətlərini rəqəmsal mühitdə - necə deyərlər - əllərinin altında və smartfon ekranlarından mümkün qədər tez əldə etmək istəyirlər. Həm müştəri gözləntiləri, həm də bank sektorundakı rəqabət rəqəmsal məkanda mümkün qədər daha çox xidmətlərin onlayn-a - "burada və indi"-yə keçidini tələb edir. Bu baxımdan bizim bütün yeniliklərimiz məhsullarımızın “onlayn əkizlərini” yaratmağa yönəlib ki, müştərilər istənilən vaxt filiala getmədən məhsullarımızdan onlayn şəkildə istifadə edə bilsinlər. Hazırda AccessBank-ın peşəkar komandası ilə birlikdə məhz onlayn məhsulların artırılması üzərində işləyirik.
-Neçə ildir AccessBank-da işləyirsiniz? Bildiyimə görə, siz bankın bir çox filiallarında çalışmısınız. Hansı filial sizə daha yaxındır?
-Bir saniyə sayım. 17! Artıq 17 ildir ki, AccessBank-da işləyirəm. Bilirsiniz, AccessBank mənim ilk rəsmi iş yerimdir. O vaxtlar bank hətta başqa cür adlanırdı - Azərbaycan Mikromaliyyələşdirmə Bankı. Bankda işə qəbul müsahibəsi hələ də yadımdadır. Məni xoş xatirələrə qaytardınız. O vaxtdan ailəmə çevrilən komandada illər keçib. AccessBank-da işlədiyim müddətdə bir çox filiallarda işləmişəm - haradasa daha uzun müddət, haradasa qısa. Bankın əksər işçiləri ilə şəxsən tanışam. AccessBank təkcə mənim üçün doğma deyil. O, bir çoxlarımız üçün böyük mehriban bir ailədir.
İşlədiyim filiallardan ən doğmasını seçmək mənim üçün çox çətindir. Çünki onların hər biri mənim üçün özünəməxsus şəkildə əziz və yaxındır.
- Siz bankın müxtəlif filiallarında çalışmısınız, yaxın vaxtlara qədər uzun müddət Xəqani filialının rəhbəri olmusunuz, indi isə AccessBank-ın baş ofisinə keçmisiniz. Filialdan baş ofisə keçid necədir? Bu keçidə alışmaq çətin deyilmi?
Təbii ki, filialdan baş ofisə keçmək mənim üçün dəyişiklik oldu. Filialda müştərilərlə daha çox ünsiyyətdə olursan, baş ofisdə isə daha çox həmkarlarınla birgə çalışırsan.
Filiallar ilk növbədə müştərilərlə işlədiyi halda, baş ofis bankın fəaliyyətini təşkil edən prosesləri idarə edir. Bu proseslərin idarə edilməsi mənim üçün çox maraqlıdır - buna görə də “sahə”də işləyərək yığdığım təcrübəni baş ofisə keçirmək qərarına gəldim.
Rəqəmsal məkana keçidlə bağlı dəyişikliklər, innovasiyalar mənim üçün yeni təcrübədir. Bununla belə, müştərinin psixologiyasına və istəklərinə bələd olmağım məhsul və xidmətlərimizin rəqəmsallaşdırılmasında mənə və komandama kömək edir.
-Bildiyimə görə, uşaqlıqda şahmat üzrə Azərbaycan çempionu olmusunuz. Şahmat üzrə bilik və bacarıqlarınız işinizdə strategiya qurmağınıza nə dərəcədə kömək edir?
-Məni ətraflı araşdırmısız ki! Bəli, həqiqətən də uşaqlıqda çox sayda şahmat turnirlərində qalib gəlib çempion adını qazanmışam. Bəzi səbəblərdən Avropa Şahmat Çempionatında iştirak edə bilmədim. Bu, məni çox məyus etmişdi, amma necə deyərlər, hər şey yaxşılığa doğrudur. Qarşıda məni başqa zirvələr gözləyirdi.
İstənilən biznes məqsəddən və məqsədə çatmaq üçün strategiyadan ibarətdir. Və əlbəttə ki, şahmatlı keçmişim və əldə etdiyim strateji planlaşdırma bacarığım işimdə əlimdən çox tutur.
Ancaq şahmatdakı və biznesdəki strateji planlaşdırma arasında fərq var. Tək oynadığınız şahmatdan fərqli olaraq, biznesdə strateji planlaşdırma sizdən, komanda üzvlərinizdən və bütün təşkilatın korporativ mədəniyyətindən asılıdır. Komanda ilə birlikdə tək əldə edə bildiklərimizdən daha çoxuna nail oluruq.
-Siz həm də atasız. Övladlarınızın maraqları nədir? Bank işinə həvəslər var?
-Bəli, bir qız və bir oğul atasıyam. Hər ikisi əlaçıdır. Bunda mənə oxşayıblar. Həmçinin qızım bir çox fənn olimpiyadalarının qalibi və mükafatçısıdır, gələcəkdə həkim olmaq istəyir. Oğlum isə informasiya texnologiyaları və müxtəlif rəqəmsal həllərlə maraqlanır. Burada onunla maraqlarımız üst-üstə düşür. Bundan əlavə, oğlum idmançıdır və kikboksinq üzrə bir çox beynəlxalq yarışların qalibidir. Bilirsiniz, hər səhər evdə övladlarımın kubokları, medal və sertifikatlarına baxıram. Hər günü belə motivasiya ilə başlamaq məni daha da ilhamlandırır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
54 d. əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
- 6 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 2 gün əvvəl
-
2 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq























