Kreml Kiyev ilə danışıqlar barədə: “Hələlik ümidverici heç nə demək mümkün deyil”
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Ukraynanın danışıqlarda öz təkliflərini irəli sürməsi müsbət faktdır, lakin hələlik ümidverici heç nə demək mümkün deyil.
"Müsbət hal odur ki, Ukrayna tərəfi ən azı konkret olaraq öz təklifini formalaşdırmağa və kağız üzərində qoymağa başlayıb", - Peskov bildirib. Bununla belə, onun sözlərinə görə, hələlik “çox perspektivli bir şey” yoxdur, qarşıda çox iş var.
Prezidentin mətbuat katibi əlavə edib ki, Rusiya tərəfi “əsas etibarilə danışıqlar masasında olan maddələrlə bağlı” bəyanatlardan yayınır və onların ictimai müzakirəsindən çəkinir.
O, həmçinin bildirib ki, danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski martın 30-da əlavə dəqiqləşdirmələr etməyi planlaşdırır.
Martın 29-da İstanbuldakı Dolmabağça sarayında Rusiya-Ukrayna danışıqları keçirilib. Nəticədə Kiyev Moskvaya Ukraynanın neytral və qeyri-nüvə statusu əldə etmək istəyini təsdiqləyən təklifləri verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
10 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















