Rusiya: danışıqlar konstruktiv olub
Rusiya və Ukraynanın İstanbulda görüşü başa çatdıb, danışıqlar konstruktiv keçib.
Marja xəbər verir ki, bunu çərşənbə axşamı jurnalistlərə Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski Moskva və Kiyev nümayəndə heyətlərinin görüşünün yekunları üzrə deyib.
"Ukrayna tərəfi ilə danışıqlar başa çatıb. Danışıqlar konstruktiv keçib", - o bildirib.
Medinski bildirib ki, Rusiya Ukraynaya doğru münaqişənin deeskalasiyası üçün (gərginliyin artmasının qarşısını almaq üçün nəzərdə tutulmuş bir davranış) iki addım atır. Rusiya Federasiyası İstanbuldakı danışıqlarda Ukraynadan açıq şəkildə ifadə edilmiş mövqe alıb.
Medinski deyib ki,kompromis tapmaq şərti ilə müqavilə üzərində tez işləmək sülhün əldə olunması imkanları daha da yaxınlaşacaq.
Qeyd edək ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi Kiyev və Çerniqov bölgələrində hərbi aktivliyi kəskin şəkildə azaltmaq qərarına gəlib
XXX
Bugünkü dialoqun nəticələri liderlər səviyyəsində görüşün keçirilməsi üçün kifayət edir.
Bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak jurnalistlərə bildirib.
XXX
Rusiya-Ukrayna danışıqlarında Rusiya nümayəndə heyətinin rəhbəri Medinski deyib ki, Rusiya Federasiyası və Ukrayna danışıqları başa çatdırıb, danışıqlar konstruktiv olub.
O əlavə edib ki, İstanbulda Rusiya Ukraynadan açıq şəkildə ifadə edilmiş mövqe alıb.
Medinski deyib ki, Putin və Zelenski arasında görüş, Rusiya Federasiyası ilə Ukrayna arasında XİN səviyyəsində müqavilənin paraflanması ilə eyni vaxtda mümkündür.
Rusiya və Ukrayna arasında İstanbul danışıqları:
▪️ Medinski danışıqları konstruktiv adlandırıb.
▪️ Rusiya müdafiə nazirinin müavini Fomin bildirib ki, Ukraynanın neytrallığı və qeyri-nüvə statusu haqqında sazişin hazırlanması, eləcə də Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlı danışıqlar praktiki olaraq həyata keçirilir.
▪️ Ukrayna müqavilə ilə bağlı təkliflərini təqdim edib, onlar Putinə məruzə olunacaq - sonra cavab veriləcək, - o deyib.
▪️Rusiya iki addım atır: Kiyev və Çerniqov istiqamətlərində hərbi aktivliyi əhəmiyyətli dərəcədə azaldır və liderlərin nüansları müzakirə edə bilməsi üçün XİN rəhbərinin sülh müqaviləsinin paraflanması ilə eyni vaxtda Putinlə Zelenski arasında görüş keçirməyi təklif edir.
▪️Ukraynalı müzakirəçi Araxamiya bildirib ki, Kiyev Ukrayna üçün yeni təhlükəsizlik zəmanətləri sistemi təqdim edib: BMT Təhlükəsizlik Şurası ölkələri, eləcə də Almaniya, Kanada, Polşa, İsrail və Türkiyə zamin olmalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 saat əvvəl
-
3 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
11 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)






.jpg)







