"Ziraat Bank Azərbaycan" ilin ən yaxşı xarici ticarət xidmətini təqdim edən bankı seçildi
(®) Hər zaman real sektorun inkişafına böyük əhəmiyyət verən Ziraat Bank Azərbaycan xarici ticarət istiqamətində göstərdiyi xidmətə görə Beynəlxalq nəşr tərəfindən mükafatlandırılıb.
Belə ki, xarici ticarət əməliyyatlarında təqdim etdiyi xidmətlərin keyfiyyəti, innovativliyi və müştəri yönümlülüyünü nəzərə alaraq, əsaslı seçim prosesinin nəticəsində bu il “Global Finance” jurnalı Ziraat Bank Azərbaycanı “İlin ən yaxşı xarici ticarət xidmətini təqdim edən bank” nominasiyasına layiq görüb.
Bu haqda məlumat jurnalın rəsmi saytında açıqlanıb. Link: https://bit.ly/3JAiNwe
Qeyd edək ki, Ziraat Bank Azərbaycan, dünyanın 18 ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun üzvü olduğundan, ticarət bazarında digər rəqibləri ilə müqayisədə müştərilərinə daha əlverişli və sürətli xidmət göstərmək imkanına malikdir. Bank tərəfindən verilən məlumata əsasən xarici ticarət xidmətləri üzrə müştərilərə konsultasiya xidməti və individual yanaşma tətbiq edilir. Həmçinin bank tərəfindən məhsul və xidmət çeşidliliyinin genişləndirilməsi ilə yanaşı, Ziraat Maliyyə Qrupunun fəaliyyət göstərdiyi 18 ölkə arasında əməkdaşlığın stimullaşdırılması məqsədilə ümumi bir portalın hazırlandığı qeyd edilmişdir.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























