“PAŞA Bank”dan yeni layihə - “Məhsul Sahibi məktəbi”nə start verir

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”, gənclərin peşəkar inkişafına öz töhfəsini verməyə davam edir.
Bankın yaydığı məlumatda bildirilir ki, “PAŞA Bank”, mart ayının 1-dən etibarən müştərilərin fərdi tələblərinə yönəlmiş müasir rəqəmsal bank məhsullarının işlənib hazırlanması, onların yerli bazara çıxarılması üçün yeni layihə olan “Məhsul Sahibi məktəbi”nin fəaliyyətinə start verib.
Xüsusi və çoxkomponentli təlim proqramında yaradılan məhsulun bazardakı strateji mövqeyini dəyərləndirməyin, onun rəqabətədavamlılığını, üstünlüklərini və çatışmaz tərəflərini analiz etməyin, yekun layihəni formalaşdırmağın yolları və bir sıra digər mühüm məqamlar tədris olunacaq. Təlimləri aparan “PAŞA Bank”ın peşəkar məhsul sahibləri və xarici maliyyə institutlarından dəvət olunan ekspertlər iştirakçılarla təcrübələrini bölüşəcək və öz peşələrinə dair maraqlı məlumatları paylaşacaq.
“PAŞA Bank”ın Texnologiya blokunun baş direktoru Vüsal Xəlilov “Məhsul Sahibi məktəbi”ndən danışarkən Bankın gənclərə potensiallarını kəşf etməyə kömək edəcək bir sıra mühüm tədbirlər həyata keçirdiyini vurğulayıb.
““PAŞA Bank”, peşəkar inkişafın tərəfdarı kimi müxtəlif istiqamətdə təlimlər, proqramlar, məlumat sessiyaları və müsabiqələr, o cümlədən, “Rəqəmsal Zirvələr” konfransı, “PASHA Bank Cup” yarışması, “Müştəri Meceneri məktəbi”, “Peşəkar Yetişdirmə Proqramı” və s. kimi mühüm layihələr keçirib. Bununla da gənclərə yeni biliklər əldə etməkdə, mövcud bilik və bacarıqlarını möhkəmləndirməkdə yardımçı olub. “Məhsul Sahibi məktəbi” də bu layihələrdəndir. Əminəm ki, bu proqram iştirakçılar üçün əvəzsiz təcrübəyə çevriləcək, onların peşəkar inkişafı üçün daha dərin biliklərə yiyələnməsinə şərait yaradacaq”, - deyə V. Xəlilov bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
-
4 saat əvvəl
Bugatti Mistral - Dünyanın ən sürətli roadsteri artıq Azərbaycanda - FOTOLAR
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərbaycanın investisiya şirkətinə əlavə maya qoyulur

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakı Limanında son 22 ilin ən yüksək nəticəsi qeydə alınıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb

Qırğızıstan Prezidenti Azərbaycana gəldi

Macarıstanın Baş naziri Qəbələdədir

Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir

Dövlət Vergi Xidməti "planı" artıqlaması ilə icra edib

Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb

Bazarlar “istefa şok"unu yaşayır

Fransanın Baş naziri istefa etdi, bazarlar sarsıldı
