12 milyon manat investisiyanın qoyulması, 200-dən çox iş yerinin yaradılması nəzərdə tutulur
Fevralın 24-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Pirallahı Sənaye Parkına mediatur təşkil edilib.
Media nümayəndələrinə Pirallahı Sənaye Parkı və burada görülmüş işlər barədə məlumat verilib. Bildirilib ki, Pirallahı Sənaye Parkı əczaçılıq sənayesinin inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 sentyabr tarixli Sərəncamı ilə yaradılıb. Ümumi ərazisi 30 hektar olan Pirallahı Sənaye Parkında hazırda 4 sahibkarlıq subyekti rezident kimi qeydiyyatdan keçib ki, bunlardan da 2-si artlq fəaliyyət göstərir. Rezidentlər tərəfindən Sənaye Parkına 37 milyon manatadək investisiya yatırılıb, 100-dən çox daimi iş yeri yaradılıb. Bundan başqa, mövcud layihələr üzrə əlavə olaraq 12 milyon manat investisiyanın qoyulması, 200-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.
İndiyədək Sənaye Parkının rezidentləri tərəfindən 14 milyon manatdan çox məhsul istehsal edilib.
KİV nümayəndələri Pirallahı Sənaye Parkının rezidenti, dərman vasitələrinin istehsalı üzrə ixtisaslaşmış Azərbaycan-Rusiya birgə müəssisəsi “R-Pharm” MMC ilə tanış olublar.
Qeyd edilib ki, “R-Pharm” MMC 2018-ci ildə Pirallahı Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb və 2019-cu il dekabrında müəssisənin açılışı olub.
Müəssisə Avropa ölkələrinin aparıcı şirkətlərinin müasir avadanlıq və texnologiyaları ilə təchiz olunub. İnvestisiya dəyəri 16 milyon ABŞ dolları olan müəssisənin illik istehsal gücü 250 milyon ədəd həb və kapsul təşkil edir. Hazırda müəssisədə 40 nəfərdən çox işçi çalışır.
Bu yaxınlarda “R-Pharm” MMC tərəfindən şəkərli diabetin fəsadlarının profilaktikası üçün nəzərdə tutulan Diabeton® MR (qliklazid) preparatının istehsalına başlanılıb. Artıq müəssisə tərəfindən 200 min qutu dərman preparatı istehsal edilib. Cari ilin I rübünün sonunadək müəssisədə daha 300 min qutu Diabeton® MR preparatının istehsalı planlaşdırılır.
Gələcəkdə müəssisədə onkoloji, HİV/QİÇS-in, qan və sinir sistemi, ürək-damar sistemi və s. xəstəliklərinin müalicəsinə yönəlmiş dərman preparatlarının istehsalı planlaşdırılır.
“R-Pharm” MMC-də istehsal prosesi Beynəlxalq GMP standartlarına uyğun şəkildə həyata keçirilir. “R-Pharm” MMC ölkəmizdə GMP sertifikatını alan ilk əczaçılıq müəssisəsidir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 9 d. əvvəl
-
- 25 d. əvvəl
-
1 saat əvvəl
Türkiyə ən çox xam neft və neft məhsullarını Rusiya, İraq və Qazaxıstandan alıb
-
1 saat əvvəl
Beynəlxalq Halal Forumda “Azərbaycan pavilyonu” böyük maraqla qarşılanıb
-
11 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan yutuber kim olub?
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Anthropic-in dəyəri 380 milyard dollara çatıb
Rəsmi məzənnələr açıqlandı
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir






















