Ukraynada baş verən hadisələr fonunda Yaponiyada neftin qiyməti kəskin artıb
Cümə günü Ukraynada baş verən hadisələr fonunda Yaponiyada neftin qiyməti 2014-cü ilin oktyabrından bəri ən yüksək həddə çatıb.
Marja xəbər verir ki, Tokio Əmtəə Birjasının ticarət məlumatlarına əsasən, neftin hər kilolitrinin (6 289 barel) qiyməti 66 min yeni (570 dollardan çox) keçib.
"Kyodo" agentliyinin məlumatına görə, qiymət artımı ABŞ, Avropa İttifaqı, Britaniya, Yaponiya və bir sıra digər ölkələrin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən Rusiya neftinin tədarükünün mümkün azalması ilə bağlı qorxularla bağlıdır.
Bununla yanaşı, agentlik qeyd edir ki, qiymət artımı o qədər də böyük olmayıb, çünki Rusiyanın SWIFT beynəlxalq banklararası ödənişlər sistemindən çıxarılması ilə bağlı proqnozlar hələ də özünü doğrultmayıb.
Rusiya prezidenti Vladimir Putin cümə axşamı səhər qondarma Donbass respublikalarının rəhbərlərinin müraciətinə cavab olaraq, xüsusi hərbi əməliyyat keçirmək qərarına gəldiyini bildirib. Rusiya lideri vurğulayıb ki, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalı daxil deyil. Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya hərbçiləri Ukrayna şəhərlərinə zərbə endirmir, mülki əhaliyə təhlükə yoxdur, hərbi infrastruktur yüksək dəqiqlikli vasitələrlə sıradan çıxarılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
-
2 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
3 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
Dekabrda Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 3%-dən çox, mobil internetin sürəti isə 6%-dək artıb
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda





















