Müddətli əmanətlərin artım tempi "yüksək inflyasiya ilə" kəskin azalıb
2022-ci ilin yanvar ayında əhalinin (fiziki şəxslərin) banklardakı əmanətləri 394,3 milyon manat artaraq 01 Fevral 2022-ci il tarixində 9 milyard 635,8 milyon manat təşkil edib. Yanvarın əvvəlində əhalinin əmanətləri 9 milyard 241,5 milyon manat təşkil etmişdi.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, yanvarda müddətli depozitlər52,4 milyon manat artaraq 5 milyard 391,4 milyon manata, tələbli depozitlər 372,1 milyon manat artaraq 4 milyard 65,5 milyon manat qalxıb, sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri isə 30,1 milyon manat azalaraq 178,9 milyon manata düşüb.
2022-ci ilin yanvar ayında 52,4 milyon manat artmış müddətli depozitlər ötən ilin noyabr ayında 160,2 milyon manat, dekabr ayında 80,2 milyon manat artmışdı. Müddətli əmanətlərin artım tempinin aydan-aya azalması inflyasiya əlqaqədr olaraq manat əmanətlərinə olan tələbin azaldığını göstərir. Azərbaycanda illik inflyasiya (12,5%) bankların təklif etdikləri əmanət faizlərini (əsasən 6-11% civarında) üstələyib. Qısası, əmanətətçilər real olaraq zərər ilə üzləşiblər.
Müddətli depozitlər:
Müqavilə əsasında razılaşdırılmış müddətdə bankda yerləşdirilir və həmin müddət üçün faiz dərəcələri hesablanır. Vəsaiti vaxtından əvvəl hesabdan götürdükdə faizlərin bir hissəsini itirmək mümkündür.
Tələbli depozitlər:
Müştəri öz vəsaitini qeyri müəyyən müddətə bankda yerləşdirir və istədiyi anda bankdan çıxara bilir. Belə məbləğlərə ya ümumiyyətlə faiz hesablanmır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 23 d. əvvəl
-
-
48 d. əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
50 d. əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
1 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
2 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Gbaru.com startapı artıq Avropada!
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
























