Manat dəyərini daha da itirib – ALICILIQ QABİLİYYƏTİ SÜRƏTLƏ AZALIR
İnflyasiya - qiymətlərin ümumi səviyyəsinin yüksəlməsilə bərabər, pulun (milli valyutanın) alıcılıq qabiliyyətinin (alış gücünün) azalmasıdır. Mal və xidmətlər bahalaşdığından müəyyən nominalda pul ilə bir müddət sonra eyni mal və xidmətləri almaq olmur. Məsələn, ölkədə illik 13% inflyasiya qeydə alınmışdırsa, bu o deməkdir ki, bir il (12 ay) əvvəl 100 manata alınan malları hazırda almaq üçün 113 manat tələb olunur.
Marja xəbər verir ki, bu gün Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, 2022-ci ilin yanvar ayında Azərbaycanda illik inflyasiya 13%-ə yaxınlaşıb. 2022-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2021-ci ilin yanvar ayına nisbətən 12,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 5,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 11,1 faiz artıb.
Rəsmi məlumatlara görə, Azərbaycanda illik inflyasiya 2015-ci ildə 4%, 2016-cı ildə 12,4%, 2017-ci ildə 12,9%, 2018-ci ildə 2,3%, 2019-cu ildə 2,6%, 2020-ci ildə 2,8%, 2021-ci ildə 6,7% təşkil edib. Ərzaq inflyasiyası rəqəmləri daha yüksək olmuşdur. Rəsmi inflyasiya rəqəmlərinə əsasən, ötən 6 il ərzində Azərbaycan mantının alıcılıq qabiliyyəti təxminən 50%-ə yaxın azalıb.
Həqiqi inflyasiyanın rəsmi inflyasiyadan azı 2 dəfə çox olduğu bildirilir. Hər birimiz, Dövlət Statistika Komitəsinin qiymətlərin artması barədə məlumatlarının (inflyasiya göstəricilərinin) bazarlardakı qiymət artımlarından çox aşağı olduğunu müşahidə edirik.
Yüksək inflyasiya ilə milli valyutanın alıcılıq qabiliyyətinin azalması Manatda növbəti devalvasiya təzyiqini artırır. Bugün hər 100 dolların qarşılığı olan 170 manata əvvəlki sayda mal və xidmətlər almaq mümkün deyil. Eyni sayda mal və xidmətləri almaq üçün bugün təxminən 250 manat tələb olunur.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
Dünyada koronavirus pandemiyasının və iqlim dəyişikliyinin mənfi təsirlərilə əlaqədar olaraq qiymətlər sürətlə yüksəlir, ölkələrin milli valyutalarının alıcılıq qabiliyyətləri azalır. Azərbaycan manatının da alıcılıq qabiliyyəti düşməkdədir. Bir neçə gün öncə Azərbaycan hökuməti bildirib ki, qlobal istiləşmə və quraqlıq, dəyər zəncirinin qırılması və tələb-təklif arasında balansın pozulması, habelə daşınma-logistika xərclərinin artması və enerji daşıyıcılarının sürətlə bahalaşması qlobal bahalaşmanı şərtləndirən əsas faktorlardır. Dünya ərzaq qiymətlərinin yüksəlməkdə davam etməsi ilə dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanın əsas ticarət tərəfdaşlarında inflyasiya təzyiqləri yüksəlmişdir. Qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycanda da yerli istehsalı az olan və ya idxalın üstünlük təşkil etdiyi məhsullar üzrə qiymət artımları müşahidə olunur. İnflyasiyanın formalaşmasında ərzaq məhsullarının payı yüksək olmuşdur. Ümumi inflyasiyanın təqribən 60%-i ərzaq inflyasiyasının payına düşür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 14 d. əvvəl
-
- 42 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
-
1 saat əvvəl
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Rabitəbank” beynəlxalq ödəniş sisteminin “Principal member” statusunu əldə edib
-
2 saat əvvəl
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
-
2 saat əvvəl
“Azeronline” “mygov ID” platformasına inteqrasiya olunan ilk provayder oldu
-
3 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
Ən çox oxunanlar
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb







.jpg)















.jpg)

