“Ziraat Bank Azərbaycan” 10 filial hədəfinə 2022-ci ildə çatmağa çalışacaq – BANKIN SƏDRİ
“Ziraat Bank Azərbaycan” ASC filial sayını 10-a çatdırmaq hədəfinə 2022-ci ilin sonunadək nail olmağa çalışacaq.
Bunu Marja.az-a Bankın İdarə Heyətinin Sədri Selçuk Demir bildirib.
Bankın sədri qeyd edib ki, 10 Fevral 2022-ci il tarixində Bakıda istifadəyə verilən yeni filial ilə “Ziraat Bank Azərbaycan”ın filiallarının sayı 7-yə çatıb.
“2022-ci ildə Naxçıvanda və Azərbaycanın digər bölgələrində filiallarımızı istifadəyə verərək 10 filial hədəfimizə çatmağı planlaşdırırq. Filial şəbəkəsinin genişləndirilməsi, xidmətlərin sayının artırılması və mövcud xidmətlərinin təkmilləşdirilməsi üçün aktiv çalışırıq”.
Xatırladaq ki, “Ziraat Bank Azərbaycan” ASC 2021-ci ilin sonunadək filial sayını 10-a çatdırmağı planlaşdırırdı. Lakin pandemiya ilə əlaqədar olaraq bu hədəfə nail olmaq gecikib.
“Ziraat Bank Azərbaycan”ın 2021-ci ildə cəmi aktivləri 2020-ci illə müqayisədə 30% arataraq 388 milyon manata yüksəlib. Ötən il Bankın xalis mənfəəti 3.3 dəfə artaraq 7 milyon manatı keçib.
2022-Cİ İLDƏ BANKIN BÖYÜKLÜYÜ YARIM MİLYARD MANATA ÇATA BİLƏR
Selçuk Demir qeyd edib ki, 2021-ci ildəki artım templərini 2022-ci ildə qorumağı, hətta daha yüksək artımlara nail olaraq Bankın cəmi aktivlərinin 500 milyon manata çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, bugün “Ziraat Bank Azərbaycan” ASC-nin 7-cı filialı Bakı şəhəri, Səməd Vurğun küçəsi 53 ünvanında (World Business Center) fəaliyyətə başlayıb. Filailın açılış tədbirində Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı, iş adamları, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
7 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib

























