Bayden enerji qiymətləri üçün hərəkətə keçdi
ABŞ Prezidenti Co Bayden ölkədəki elektrik enerjisi şirkətlərinin nümayəndələri ilə görüşündə bərpa olunan enerji üzərində işin iqtisadi planın ən mühüm hissələrindən biri olduğunu və ev təsərrüfatlarının enerji xərclərinin azaldılmasında bərpa olunan enerjinin əhəmiyyətini vurğulayıb.ABŞ prezidenti Co Bayden Ağ Evdə ölkənin aparıcı elektrik şirkətlərinin nümayəndələri ilə görüşüb və enerji xərclərinin azaldılmasından tutmuş bərpa olunan enerji üzərində işləməyə qədər müxtəlif məsələləri müzakirə edib.
Marja xəbər verir ki, “Yenə daha yaxşısını edək” başlıqlı iqtisadi planın ölkədə məşğulluq və investisiya sahələrinə yeni imkanlar gətirəcəyini və iqlim dəyişikliyi ilə mübarizə üçün həyati əhəmiyyət daşıdığını bildirən Bayden, “Bərpa olunan enerji ən vacib elementlərdən biridir. "Yenə daha yaxşısını edək" planımın ən mühüm hissələrindən biridir" deyib.
Təmiz enerji mənbələrinin ABŞ-ın gələcəyi üçün çox əhəmiyyətli olduğunu vurğulayan Bayden, bəzi Amerika şirkətlərinin son illərdə təmiz enerji mənbələrindən istifadə etmək üçün böyük sərmayələr qoyduğunu söyləyib.
Elektrikli nəqliyyat vasitələrinin də bu prosesdə mühüm rol oynayacağını qeyd edən Bayden, administrasiyasının bu istiqamətdəki səyləri dəstəklədiyinə diqqət çəkib.
Bərpa olunan enerji tədqiqatlarının ev təsərrüfatları tərəfindən ödənilən enerji ödənişlərinin azaldılmasında ən vacib amil olduğunu vurğulayan Bayden, "Bu, ailələrin ödədiyi enerji ödənişlərinin azaldılması və elektrik xətlərinin qorunması ilə bağlıdır" deyib.
“Əsas məqsədimiz 2035-ci ilə qədər 100 faiz təmiz elektrik sisteminə keçməkdir, biz buna söz vermişdik və buna nail olmağa çalışırıq”.
Bayden, bərpa olunan enerji sahəsində yatırılacaq investisiyaları güclü şəkildə dəstəkləməyə davam edəcəklərini söyləyib.
ABŞ Energetika Nazirliyinin məlumatlarına görə, 2020-ci ildə ölkədə ev təsərrüfatlarının orta enerji xərcləri 117 dollar olub və elektrik enerjisinin qiymətləri illik 6,3 faiz artıb.
Dekabrda Nümayəndələr Palatasından keçən, lakin Senatda bəzi Demokratların səs verməməsi ilə qalan 2,2 trilyon dollarlıq plan Baydenin bərpa olunan enerji ilə bağlı ən mühüm addımı hesab olunur. Sözügedən planın Senatdan keçə bilməsi üçün daha əvvəl qanun layihəsini əngəlləyən Demokrat senatorlar Joe Manchin və Kyrsten Cinema ilə dəfələrlə görüşən Bayden, bu prosesdə müxtəlif sənaye nümayəndələrini Ağ Evdə qonaq edir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
-
3 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
5 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
6 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 7 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır






.jpg)




.jpg)










.jpg)

