"Yığılan sığorta haqlarının həcmi potensialdan 2 dəfə azdır"
"Avtomobillərin 97%-i risklərdən sığortalanmayıb və bu, bizi qane etmir”Azərbaycanın sığorta bazarında yığılan sığorta haqları mövcud potensialdan 2 dəfə azdır. Bunu Mərkəzi Bankın (AMB) baş direktoru Ziya Əliyev deyib.
“Hazırda Dünya Bankının mütəxəssisləri ilə birgə ölkənin maliyyə sektorunun, o cümlədən sığorta sektorunun qiymətləndirilməsi həyata keçirilir. Təhlillərimiz göstərir ki, eyni gəlirə malik ölkələrlə müqayisədə Azərbaycanda sığorta bazarının sığorta haqları potensialdan iki dəfə azdır”, - deyə o, bu gün ARB24 telekanalına müsahibəsində bildirib.
2021-ci ildə sığortaçıların sığorta haqları 2020-ci illə müqayisədə txminən16% artaraq 844 milyon manata yaxın təşkil edib. 2019-cu illə müqayisədə 2020-ci ildə sığorta haqları 8% artmışdı.
“Buna görə də biz reallaşmamış artım potensialının mövcud olması qənaətindəyik”, - deyə baş direktor qeyd edib.
Z.Əliyev vurğulayıb ki, vətəndaşların daşınmaz əmlakının, nəqliyyat vasitələrinin, biznes risklərinin icbari sığortası daxil olmaqla, xüsusilə əmlak sığortasında böyük potensial var.
“Statistikaya görə, Azərbaycanda 1,2 milyon avtomobil istismardadır, lakin onlardan 36 minə qədəri, yəni mövcud maşınların təxminən 3%-i sığortalanıb (könüllü sığorta). Nəqliyyat vasitələrinin 97%-i risklərdən sığortalanmayıb və bu, bizi qane etmir”, - deyə o bildirib.
Baş direktor, həmçinin daşınmaz əmlakın icbari sığortası sahəsində vəziyyəti də qeyri-qənaətbəxş hesab edir - ölkədə 1 milyondan artıq yaşayış obyektindən cəmi 100 minə yaxın mənzil və yaşayış evi (10%) sığortalanıb.
“Biznes sektorunda sığorta (əmlak – red) obyektlərin cəmi 30%-ni əhatə edir. Bu göstəricilər onu göstərir ki, əmlakla bağlı böyük risk faizimiz var və biz bu risklərin sığortalanmasını artırmalıyıq”, - deyə Z.Əliyev vurğulayıb.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 20 saat əvvəl
-
-
20 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi







.jpg)





.jpg)






