"Ailəmin PAŞA Güvənliyi" məhsulunun onlayn satışına başlanılıb
“PAŞA Həyat” şirkəti bu gündən etibarən “Ailəmin PAŞA Güvənliyi” (APG) məhsulunun onlayn satışına başlayıb.
Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən "Marja"ya verilən məlumata görə, istənilən şəxs sadəcə www.pasha-life.az saytında“Online xidmətlər” bölməsinə daxil olaraq APG məhsulunu tez bir zamanda əldə edə bilər:
“Müştərilərimizin rahatlığını nəzərə alaraq, bu məhsul üzə ilkin sığorta təminatı məbləğinin hesablanması üçün xüsusi kalkulyator da (http://pasha-life.az/calculators?lang=az ) əlavə edilib. Məqsədimiz müştərilərin vaxtlarına qənaət etmək, onların ofisə gəlmədən bu məhsulu onlayn formada tez bir zamanda əlçatanlığını təmin etməkdir”, - deyə İctimaiyyətlə əlaqələr xidmətindən bildirilib.
Qeyd edək ki, “PAŞA Həyat” APG məhsulunu yaratmaqla ölkənin həyat sığortası bazarında pərakəndə həyat sığortası məhsulunun satışını təşkil edən ilk şirkət olub. APG geniş hədəf kütləsi üçün hazırlanmış fərdi həyat sığortası məhsuludur: Məhsulu əldə edən şəxs istənilən səbəbdən ölüm və ya I qrup əlillik halı ilə rastlaşdığı zaman özü (yalnız əlillik halı nəzərdə tutulur) və ya ailəsi üçün sığorta məbləği həcmində maddi təminat əldə etmiş olur. Sığorta məbləğinin həcmi müştərinin yaşı, sağlamlıq durumu, həyat tərzinin risklilik dərəcəsi və digər amillər əsasında xüsusi hesablama vasitəsilə təyin edilir.
Sığorta olunan şəxs sığorta haqqının ödənişini həm əvvəlcədən birdəfəlik, həm də aylıq və ya illik bərabər hissələrlə həyata keçirə bilər. Bundan başqa, sığorta hadisəsi baş verdikdə sığorta məbləğinin faydalanan şəxsə ödənilməsi şərtini də (birdəfəlik və ya aylıq bərabər hissələrlə) müştəri əvvəlcədən özü müəyyən edə bilir.
Məhsul üzrə təminat 60.000 AZN və 30.000 USD-yə qədər olduqda sığorta olunan şəxsdən tibbi müayindən keçmək tələb olunmur. Sığorta məbləğinin maksimal həcmi isə 500.000 AZN və ya 250.000 USD həcmində müəyyənləşib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 11 d. əvvəl
-
-
24 d. əvvəl
ABŞ-nin müdaxiləsindən sonra təklif narahatlıqları fonunda neft qiymətləri "dalğalanır"
- 41 d. əvvəl
-
1 saat əvvəl
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
-
2 saat əvvəl
“Azərbaycanla 33 milyard kubmetrlik qaz sazişini razılaşdırdıq, münasib qiymətə qaz alacağıq”
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
1 gün əvvəl
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: ABŞ-nin böyük neft şirkətləri Venesuelada fəaliyyətə başlayacaqlar
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
OPEC+ neft hasilatını sabit saxlamaq qərarını təsdiqlədi
Venesuela nə qədər neft ehtiyatına malikdir?
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
ABŞ Venesuelanı idarə edəcək
ABŞ-dən Venesuelaya tarixi müdaxilə



























