Rusiya bankının Azərbaycandakı törəməsi maliyyə vəziyyətini açıqladı
“VTB Bank (Azerbaijan)” ötən il ərzində aktivlərini 24%, xalis mənfəətini 9,1% artırıb"VTB Bank (Azerbaijan)” ASC 2021-ci il ərzində aktivlərini 24% - 232 milyon 327 min manata qədər artırıb.
Bankın yaydığı press-relizə görə, hesabat dövründə bankın kredit portfeli 31,2% artaraq 165 milyon 86 min manata çatıb. Bankın istehlak kreditləri üzrə portfeli 56 milyon 133 min manat (iki dəfə artım), biznes kreditləri üzrə portfeli 78 milyon 571 min manat (4,6% azalma) təşkil edib.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 163 milyon 602 min manat (32,6% artım), depozit portfeli 88 milyon 780 min manat (17,9% artım), o cümlədən fiziki şəxslərin əmanətləri 53 milyon 873 min manat təşkil edir (37,5% artım).
2022-ci ilin əvvəlinə bankın kapitalı 68 milyon 725 min manat (artım 7,5%), nizamnamə kapitalı 315 milyon 815 min manat (dəyişməyib) təşkil edib.
Ötən il ərzində fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 4 milyon 213 min manat təşkil edib (artım 9,1%).
2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təsdiq edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 99,99%-i “Bank VTB” PSC-yə, 0,01%-i fiziki şəxsə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
19 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 19 saat əvvəl
-
20 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























