"Turanbank"ın müştərilərə verdiyi kreditlərdə böyük artım!
2021-ci ildə "Turanbank"ın cəmi aktivləri 700 milyon manatı da keçərək 31 Dekabr tarixində 714 milyon 961 min manat təşkil edib. Ötən il Bankın cəmi aktivləri 163 milyon 225 min manat artıb.
Marja xəbər verir ki, "Turanbank"ın aktivlərindəki artımın yarıya yaxını müştərilərə verilən kreditlərin artması ilə əlaqədardır. Belə ki, "Turanbank" tərəfindən müştərilərə verilmiş kreditlər 2020-ci illə müqayisədə 2021-ci ildə 85 milyon 206 min manat artaraq 436 milyon 445 min manat çatıb. O cümlədən, istehlak kreditləri 43 milyon 509 min manat (və ya 1,9 dəfə) artaraq 92 milyon 514 min manata, biznes kreditləri 24 milyon 440 min manat artaraq 264 milyon 817 min manata, daşınmaz əmlka kreditləri (ipoteka) isə 17 milyon 256 min manat artaraq 79 milyon 113 min manata yüksəlib.
2021-ci ildə "Turanbank"ın qiymətli kağızlara investisiyaları 3,7 dəfə artaraq 38 milyon 408 min manata çatıb.
Qeyd edək ki, "Turanbank" ASC "Pozitiv dinamikamızı davam etdirərək 2021-ci ili də müsbət maliyyə nəticələri ilə başa vurduq" başlıqlı məlumat paylaşıb. Məlumatda bildirilir:
Ötən ilin analoji dövrü ilə müqayisədə:
-Cəmi aktivlərimiz 30% və ya 163.2 milyon artaraq 714.9 milyon manata;
- Müştərilərə verilmiş kreditlər 24.3% və ya 85.2 milyon artaraq 436.4 milyon manata;
- Cəmi depozit portfeli 49% və ya 137.2 milyon artaraq 417.5 milyon manata;
- Qeyri-faiz gəlirləri 58.5% və ya 2.4 milyon artaraq 6.5 milyon manata;
- Faiz gəlirləri 17.3% və ya 6.3 milyon artaraq 42.5 milyon manata yüksəlmişdir.
- TuranBank 2021-ci ili 668 min manat xalis mənfəətlə başa vurmuşdur.
Həmçinin oxu
"Turanbank" ötən ili mənfəət ilə bağlayıbMüştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
9 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























