SOCAR-ın 2021-ci il üzrə əsas istehsalat göstəriciləri açıqlandı
2021-ci ildə vaksinasiya proseslərinin sürətlənməsi bütün dünyada olduğu kimi, Azərbaycanda da iqtisadi aktivliyi yüksəltmiş, müxtəlif sahələrdə canlanma yaratmışdır.
SOCAR-ın yaydığı məlumatda bildirilir ki, neft sektorunda enerji resurslarına tələbatla paralel olaraq neftin-qazın qiymətləri də əhəmiyyətli dərəcədə artmışdır. Qlobal miqyaslı müsbət trendlərdən yararlanan SOCAR xərclərin optimallaşdırılması və istehsalatda səmərəliliyin yüksəldilməsi məqsədi ilə görülmüş tədbirlər nəticəsində biznes əməliyyatlarının dayanıqlığını təmin etməyə nail olmuşdur. Bu, şirkətin əsas istehsalat göstəricilərində də əksini tapıb
2021-ci ildə SOCAR üzrə 62 min metrə yaxın qazma işləri həyata keçirilib ki, bu da 2020-ci ilin nəticələri ilə müqayisədə 10,3% çoxdur.
Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 7,9 milyon ton neft, 7,9 milyard kubmetr qaz hasil olunub. Neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,5 %, qaz hasilatı isə 7 % çoxdur.
Ölkə üzrə ümumi neft və qaz hasilatında da artım tendensiyası davam etdirilib. Bu, özünü qaz hasilatında xüsusilə qabarıq göstərib. 2020-ci illə müqayisədə qaz hasilatı 18,1% artaraq, 43,9 milyard kubmetrə çatıb. İl ərzində Azərbaycanda 34,6 milyon ton xam neft hasil edilib. Neft hasilatında cüzi artım əsasən OPEC+ razılaşması çərçivəsində könüllü məhdudlaşdırmaların tədricən aradan qaldırılması ilə bağlıdır.
2021-ci il ərzində SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri təqribən 1% artaraq 18,1 milyon ton təşkil edib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus olan mənfəət payları da aiddir. Təbii qazının ixracatı isə 40% artaraq 18,8 milyard kubmetrə çatıb.
Ötən il ölkəmizdə ümumilikdə 13 milyard kubmetrə yaxın təbii qaz istehlak olunub. Bu, əvvəlki il ilə müqayisədə 8,4 % çoxdur. 2021-ci il ərzində ölkə üzrə qazlaşdırma səviyyəsinin 96,2 %-dən 96,3 %-ə çatdırılması, habelə karbamid gübrəsinin istehsal həcminin təqribən 3 dəfə yüksəldilməsi istehlak göstəricilərinin artımına təsir göstərən əsas amillərdir. Qeyd edək ki, SOCAR təbii qazdan xammal kimi istifadə edərək, metanol və karbamid gübrəsi istehsal etməklə, onun əlavə dəyərini bir neçə dəfə artırır.
İl ərzində SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda 6,7 milyon ton neft, Qaz Emalı Zavodunda isə 3,8 milyard kubmetr qaz emal edilib. Neft emalında 13,3 %-dən çox artım, qaz emalında isə nisbi azalma baş verib.
2021-ci ilin yekunlarından bəhs edərkən neft emalı və neft-kimya məhsullarının ixracının (polimerlə birlikdə) 3 milyon ton həddini keçməsi də qeyd olunmalıdır. Bu, 2020-ci illə müqayisədə təxminən 25,5% çoxdur.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
-
6 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
7 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
7 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb






















