Ötən il Azərbaycanda yaşayış evlərinin tikintisinə 1 milyard manatdan çox sərf olunub
2021-ci ildə əsas kapitala 16 milyard 127 milyon manat məbləğində, yaxud 2020-ci il ilə müqayisədə 8,2 faiz az vəsait yönəldilmişdir.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 5,6 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 9,6 faiz azalmışdır.
İstifadə olunmuş vəsaitin 10 milyard 536,7 milyon manatı və ya 65,3 faizi məhsul istehsalı sahələrinə, 4 milyard 560,8 milyon manatı (28,3 faizi) xidmət sahələrinə, 1 milyard 29,5 milyon manatı (6,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 11 milyard 794,3 milyon manatını və ya 73,1 faizini daxili vəsaitlər təşkil etmişdir.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 11 milyard 15,7 milyon manatı və ya 68,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdu
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 54,7 faiz, büdcə vəsaitləri 25,7 faiz, sair vəsaitlər 7,5 faiz, bank kreditləri 6,1 faiz, əhalinin şəxsi vəsaitləri isə 6,0 faiz təşkil etmişdir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 8 d. əvvəl
-
- 24 d. əvvəl
-
1 saat əvvəl
Türkiyə ən çox xam neft və neft məhsullarını Rusiya, İraq və Qazaxıstandan alıb
-
1 saat əvvəl
Beynəlxalq Halal Forumda “Azərbaycan pavilyonu” böyük maraqla qarşılanıb
-
11 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan yutuber kim olub?
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Anthropic-in dəyəri 380 milyard dollara çatıb
Rəsmi məzənnələr açıqlandı
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
























