Goldman Sachs 2022-ci ildə FED-in 4 dəfə faiz artıracağını gözləyir
Qlobal investisiya bankı "Goldman Sachs"ın iqtisadçıları ABŞ Mərkəzi Bankının (Fed) 2022-ci ildə mart, iyun, sentyabr və dekabr aylarında faiz dərəcələrini dörd dəfə artıracağını proqnozlaşdırıblar.
Marja xəbər verir ki, "Goldman Sachs Group Inc"-in məlumatına görə, ABŞ Federal Ehtiyat Sistemi bu il çox güman ki, faiz dərəcələrini dörd dəfə artıracaq və ən geci iyul ayına qədər balansını azaltmağa başlayacaq.
Jan Hatzius tərəfindən yazılan araşdırma qeydində, ABŞ əmək bazarındakı canlanma və 14-15 dekabr tarixlərində FED iclasının protokollarında yer alan siqnallar daha sürətli normallaşmaya işarə etdiyi bildirilib.
Hatzius, "Risklər əvvəlkindən daha erkən bir dövrə işarə etdiyi üçün, biz iyul ayına qədər balansın azaldılmasına başlanacağını gözləyirik. İnflyasiya böyük ehtimalla hədəfin çox üzərində olacaq. Faiz dərəcəsinin artırılması tarixlərinə dekabr ayını da əlavə etdik. İndi Fed-in Mart, İyun, Sentyabr və Deakbr aylarında faiz artıracağını nəzərdə tuturuq", - bildirib.
FED-in 14-15 dekabr iclasının protokollarında FED rəsmiləri artan inflyasiya və məşğulluq bazarında güclü yaxşılaşma səbəbilə gözləniləndən daha tez faiz artırılmasının mümkünlüyünü bildiriblər.
Ötən ay ABŞ-da işsizlik 4,2 faizdən 3,9 faizə düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















.jpg)


