Fermerlər üçün subsidiyaların əhatə dairəsi genişləndirilib

Fermerlərə torpaqların aqrokimyəvi analizinin aparılmasına, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasına, habelə qurulmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə subsidiya veriləcək.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na edilən dəyişiklikdə əksini tapıb.
Əgər indiyə qədər əkin subsidiyası məbləğinin 25 faizindən nağdlaşdırılaraq, 75 faizindən isə istehsalın təşkili məqsədilə istifadə olunurdusa, fermerlərə verilən subsidiyaların əhatə dairəsinin genişləndirilməsi ilə bağlı bu müddəa da dəyişir. Başqa sözlə, əkin subsidiyası məbləğinin 25 faizindən nağdlaşdırılaraq, 75 faizindən isə əkin üçün kənd təsərrüfatı istehsal vasitələrinin satın alınması, torpaqların aqrokimyəvi analizinin aparılması, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınması, habelə qurulması üçün istifadə olunacaq.
İndiyə qədər Əkin subsidiyası ilə bağlı fermer təqvim ili ərzində apardığı əkin barədə informasiyanı SİS-ə daxil edərək avtomatlaşdırılmış qaydada formalaşan elektron bəyannaməni təsdiq edir və subsidiya almaq üçün müraciət edib. Agentlik müraciəti 30 (otuz) iş günü müddətində təsdiq etdikdən sonra müvafiq ödəniş xətti barədə fermerə məlumat (SMS, elektron poçt və ya bilavasitə SİS vasitəsilə) verib. Fermer müvafiq ödəniş xətti üzrə kart hesabında olan əkin subsidiyası balansından kənd təsərrüfatı istehsal vasitələrinin satın alınması üçün istifadə etdikcə, bu barədə SİS vasitəsilə ona göndərilən məlumatı (bildirişi) təsdiq edib. Kart hesabında olan və müvafiq xərcləməyə uyğun məbləğ avtomatlaşdırılmış qaydada təchizatçının hesabına köçürülüb. Bundan sonra isə əkin subsidiyası ilə bağlı fermer hər il apardığı əkin, o cümlədən mövcud və yeni salınacaq çoxillik əkmələr barədə informasiyanı SİS-ə daxil edərək, avtomatlaşdırılmış qaydada formalaşan elektron bəyannaməni təsdiq edəcək və subsidiya almaq üçün müraciət edəcək. Bu Qaydanın 2.1-ci bəndi ilə müəyyən edilən xidmət reqlamentlərinə və 5-ci hissəsinə uyğun olaraq 30 (otuz) iş günü müddətində aparılan monitorinqin nəticələri nəzərə alınmaqla təsdiq edilən subsidiyanın məbləği 30 (otuz) iş günü müddətində fermerin kart hesabına köçürüləcək və bu barədə fermerə məlumat (SMS, elektron poçt və ya bilavasitə SİS vasitəsilə) veriləcək. Fermer müvafiq ödəniş xətti üzrə kart hesabında olan əkin subsidiyası balansından bu Qaydaya uyğun olaraq istifadə etdikcə həmin vəsait kart hesabından avtomatlaşdırılmış qaydada təchizatçıların, aqrokimya laboratoriyalarının və ya müvəkkil kredit təşkilatlarının hesabına köçürüləcək.
Fərmanla Kənd Təsərrüfatı Nazirliyinə vahid əkin sahələrində vahid əkin üsulunun tətbiqi qaydalarını iki ay müddətində təsdiq etmək tapşırılıb. Vahid əkin sahəsi fermerlərin istifadəsində olan və onlar tərəfindən seçilmiş vahid bitkinin becərilməsinə qərar verilən qonşu əkin yerləridir.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
2 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 16 saat əvvəl
-
22 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
23 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 23 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Sentyabrın 28-də gözlənilən hava şəraiti

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

Azərbaycan BOKT-nun adı dəyişdirilib

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
Ən çox oxunanlar

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib

Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir
