İş adamı: "Qarabağda yeni zavodların tikilməsi üçün dövlətə müraciət etmişik" - 2 İLƏ 2 YENİ ZAVOD
Elxan Bəşirov: "Ərazilər müəyyən edildikdən sonra “Mətanət A” Şirkətlər Qrupu 2 il ərzində 2 yeni zavodun tikintisini başa çatdırmaq niyyətindədir""Milli iqtisadiyyatımızın inkişafına töhfə vermək isə fəaliyyətimizin təməl prinsipidir. İşğaldan azad edilmiş ərazilərə investisiya qoyuluşunun həyata keçirilməsi istiqamətində edilən çağırışlara “Mətanət A” Şirkətlər Qrupu da qoşulub və həmin ərazilərin iqtisadi və investisiya potensialının artırılması məqsədilə Qarabağda yeni zavodların tikilməsi planlaşdırılıb".
Marja xəbər verir ki, bunu “Mətanət A” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri, Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının rəhbəri Elxan Bəşirov bildirib.
Tanınmış iş adamı qeyd edib ki, artıq bu barədə müvafiq dövlət qurumlarına müraciətlər edilib: "Ərazilər müəyyən edildikdən sonra şirkətimiz iki il ərzində iki yeni zavodun tikintisini başa çatdırmaq niyyətindədir. İnanırıq ki, ölkəmizin bütün bölgələrində uğurla davam edən iqtisadi inkişafa bu zavodlarımızda çalışacaq insanlar sayəsində Qarabağda da yeni-yeni uğurlar əlavə edəcəyik. Növbəti məhsulumuzun təqdimatını isə Qarabağda həyata keçirəcəyik!”.
Qeyd edək ki, “Mətanət A” Şirkətlər Qrupunun “AĞDAĞ” Natural Gipskarton Lövhələri Zavodunun geniş təqdimatı Alov Qüllələrində keçirilib. Zavodun direktoru Alim Bayramov qonaqlara məlumat verib ki, zavod qabaqcıl “Grenzebach” alman texnologiyasına əsaslanır, istehsal prosesi tam avtomatlaşdırılmış formada idarə olunur və keyfiyyətə nəzarət PLC xüsusi proqram təminatı ilə avtomatik həyata keçirilir. “AĞDAĞ” Natural Gipskarton Lövhələrinin istehsalında spesifik kartondan istifadə edilir, son məhsul maksimum elastikliyə və yüksək müqavimətə malikdir. Məhsulun keyfiyyəti Almaniya bazarlarındakı bu tip məhsul ilə eyni keyfiyyətdədir. “AĞDAĞ” Natural Gipskarton Lövhələrinin istifadəsi işin effektivliyinin artmasına və nəticədə tikinti xərclərinin azalmasına kömək edir.
Tədbirə Almaniyadan canlı bağlanan dünyamiqyaslı “Grenzebach Korporasiyası”nın vitse-prezidenti Christoph Habighorst “AĞDAĞ” Gipskarton Lövhələri Zavodunda tətbiq etdikləri ən son texnologiyadan danışıb və bu zavodun dünyada bu sahədə ən müasir zavodlardan biri olduğunu vurğulayıb. Bildirib ki, qarşılıqlı fəaliyyət zamanı “Mətanət A” Şirkətlər Qrupu daim istehlakçı məmnuniyyətini rəhbər tutaraq keyfiyyətli məhsul istehsalına böyük önəm verib. Odur ki, zavodların tikilməsində ən son texnologiyaların tətbiqini ənənəyə çevirib. Məhz bu siyasətin nəticəsidir ki, həmin zavodlarda istehsal edilən məhsullar Avropadakı məhsullarla eyni keyfiyyət göstəricilərinə malikdir.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 32 d. əvvəl
- 46 d. əvvəl
- 9 saat əvvəl
- 12 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
15 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
15 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
15 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
14 bəndlik ABŞ-İran sülh planı açıqlandı
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur




























