“Unibank”ın səhmdarlarının pay bölgüsü dəyişib
“Unibank” ASC-nin səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.
“Report” xəbər verir ki, bu, Bankın nizamnamə kapitalının 5 000 001,92 manat və yaxud təxminən 4% artıraraq 125 686 355,68 manatdan 130 686 357,6 manata çatdırılmasından sonra baş verib.
Kapital artımı üçün "Unibank"ın dövriyyəyə buraxdığı hər birinin nominal dəyəri 2,72 manat olan 1 838 236 ədəd yeni səhmi yerli fiziki şəxslər alıb. Son nəticədə Bankın Müşahidə Şurasının sədri və əsas səhmdarı Eldar Qəribovun payı 86,3839%-dən 86,6960%-ə yüksəlib. Digər yerli fiziki şəxslərin (Bankın İdarə Heyətinin sədri Faiq Hüseynov, Zemfira Cəfərova, Emin Quliyev və digərləri) payı isə 5,459%-də dəyişməz qalıb. Xarici fiziki şəxslərin payı 0,5567%-dən 0,5354%-ə, xarici hüquqi şəxslərin payı isə ("Canley Finance SA") payı isə 7,6004%-dən 7,3096%-ə düşüb.
Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb.
Həmçinin oxu
Unibanka əlavə maya qoyuldu - MƏBLƏĞMüştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
13 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























