"Daxili bazarda qızıl və gümüş məhsullarına tələbat kəskin artıb, satışda böyük canlanma yaranıb"
Bu il Azərbaycanda 61,5 min unsiya qızıl hasil edilib ki, bu da ötən illə müqayisədə 2% çoxdur.
Bunu jurnalistlərə açıqlamasında "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.
Onun sözlərinə görə, gümüş hasilatına gəlincə, yanvar-dekabr ayları ərzində 135 min unsiyadan çox gümüş hasil edilib ki, bu da ötən illə müqayisədə 11% çoxdur.
"Cari ilin əvvəlində vergi və gömrük qanunvericiliklərinə edilən dəyişikliklər fonunda daxili bazarda qızıl və gümüş məhsullarına tələbat kəskin artıb. İdxal olunan qızıl məhsullarının aksiz vergisindən, o cümlədən qızılın və gümüş məhsullarının satışının ƏDV-dən azad edilməsi ilə xüsusən pərakəndə satışda böyük canlanma yaranıb. "AzerGold" daxili bazarda qiymətli metalların həm xammal, həm də istehsal edilmiş məhsullar (külçə və sikkələr) formasında satışını həyata keçirir", - deyə Z. İbrahimov qeyd edib.
Zakir İbrahimov deyib ki, "AzerGold" QSC tərəfindən bu günə qədər daxili bazarda ümumilikdə 3 660 unsiya qızıl, 14,6 min unsiya gümüşün satışı həyata keçirilib.
Onun sözlərinə görə, bu satış əməliyyatları nəticəsində dövriyyəyə ümumilikdə 11,6 mln. manat vəsait cəlb edilib ki, bu da ötən illə müqayisədə 7 dəfə çoxdur.
"Daxili bazarda xammal qismində 966 unsiyadan çox qızıl, 14,5 min unsiya gümüşün satışı ("Azərsuvenir" MMC-yə) həyata keçirilib. Nəticədə dövriyyəyə 3,7 mln. manat məbləğində vəsait cəlb edilib (ümumi daxili satışın 30%)", - deyə Z. İbrahimov qeyd edib.
O həmçinin əlavə edib ki, daxili bazarda hazır məhsul, yəni sikkə və külçələr qismində 2 694 unsiya qızıl, 86 unsiya gümüşün satışı həyata keçirilib. Nəticədə dövriyyəyə 7,9 milyon manat cəlb edilib (ümumi daxili satışın 70%).
"Məhsullarımızın satışında kəskin artım xüsusilə Satış mərkəzimiz fəaliyyətə başladıqdan sonra qeydə alınıb. Bilirsiniz ki, sentyabr ayında ölkəmizin zərgərlik sənayesinin inkişafı istiqamətində dövlət tərəfindən aparılan islahatlara dəstək məqsədilə Cəmiyyətin ilk Satış və mübadilə mərkəzi istifadəyə verildi. Sentyabr ayından bu günədək ümumilikdə 2 109 unsiya qızılın satışı həyata keçirilib və dövriyyəyə 6,9 milyon manatdan çox vəsait cəlb edilib (öz məhsullarımızın illik satışının 87%)", - deyə Z. İbrahimov əlavə edib.
"AzerGold" Bu günə qədər 60 min unsiyaya yaxın qızılın, 133 min unsiyaya yaxın gümüşün satışından 187 mln. manatdan çox (176 mln. manat ixrac + 7,4 mln. manat pərakəndə satış + 3,7 mln. manat xammal) vəsait cəlb edilib.
Zakir İbrahimov, "Ümumilikdə, Cəmiyyət fəaliyyət dövrü ərzində 285 min unsiya qızıl, 560 min unsiya gümüşün satışına nail olub. Bu illər ərzində qiymətli metalların satışından ölkə iqtisadiyyatına 755 mln. manat cəlb edilib", - deyib.
ASC-nin fəaliyyət dövrünün geoloji kəşfiyyat göstəricilərinə toxunan Z. İbrahimov əlavə edib ki, hasilat həcminin artırılması və ixracın genişləndirməsi ilə yanaşı resursların artırılması istiqamətində də fasiləsiz olaraq işlər aparılıb.
"Fəaliyyət dövrü ərzində 222 min metrə yaxın buruq qazma işləri icra edilib. İstismarına hazırlıq görülən yataqların əlvan metal resursları qəbul edilən beynəlxalq standartlara əsasən, qızıl ekvivalentində unsiya olaraq (179 min unsiyadan 4,447 mln. unsiyaya qədər) ümumilikdə 24 dəfə artırılıb", - deyə Z. İbrahimov bildirib.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
-
6 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
6 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
7 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
























