Bu il Sumqayıt Kimya Sənaye Parkında təxminən 2 milyard manatlıq məhsul istehsal olunub
Bu gün Azərbaycanın ilk sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkının yaradılmasından 10 il keçir.
Parkdan Marja-ya verilən məlumatda bildirilir ki, Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi ilə yaradılıb.
Neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələrinin fəaliyyət göstərdiyi Sənaye Parkı ölkənin qeyri-neft sektorunun inkişafında, yeni növ məhsulların istehsalında və ixrac potensialının artırılmasında mühüm rol oynayır və bu istiqamətdə işlər mütəmadi olaraq davam etdirilir.
Sənaye Parkı yaradılarkən 168 hektara yaxın ərazini əhatə edirdi. Hazırda isə parkın ərazisi 583,5 hektar təşkil edir. Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyaların həcmi 5,4 milyard manatdan artıq olan 25 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan 17-si fəaliyyət göstərir. İndiyədək 5,1 milyard manat həcmində investisiya yatırılıb və 5700-dək insan daimi işlə təmin olunub.
Hazırda Sumqayıt Kimya Sənaye Parkında əvvəlki dövrlərdə idxal hesabına təmin edilən azot gübrəsi, polimerlər, ferroərintilər, tütün məmulatları, aqrokimyəvi məhsullar, sənaye istifadəsi üçün torbalar, tibbi maskalar, şüşə lövhələr digər yeni məhsullar istehsal edilir. Bu məhsullar ölkədə daxili tələbatın ödənilməsi ilə yanaşı, “Made in Azerbaijan” brendi altında dünyanın 30-dan çox ölkəsinə ixrac edilir.
Ümumilikdə, Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən 4,4 milyard manatlıq satış həyata keçirilib ki, bunun da 1,5 milyard manatlıq hissəsi - təqribən 34%-i ixracın payına düşür. Sumqayıt Kimya Sənaye Parkının məhsul istehsalı və ixracında müsbət artım müşahidə edilir. Belə ki, Sənaye Parkı fəaliyyətə başlayandan 2021-ci ilədək 2,5 milyard manatlıq məhsul istehsal edilmişdisə, təkcə 2021-ci ilin 11 ayında 1,9 milyard manatlıq məhsul istehsal olunub. Həmçinin, Sənaye Parkı fəaliyyətə başlayandan 2021-ci ilədək 764 milyon manatlıq məhsul ixrac edilmişdisə, 2021-ci ilin 11 ayında 764 milyon manatlıq məhsul ixrac olunub.
Sumqayıt Kimya Sənaye Parkının yaradılmasından sonra ölkəmizdə daha 6 sənaye parkı - Balaxanı, Mingəçevir, Qaradağ, Pirallahı, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkları təşkil olunub.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
-
8 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
8 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
8 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb























