Bakıya qar yağacaq
Dekabrın 23-24-də Abşeronda sulu qar, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
O qeyd edib ki, sabit qar örtüyünün əmələ gəlməsi gözlənilmir, çünki temperatur rejiminin 8-10 dərəcə aşağı düşməsinə baxmayaraq, paytaxtda havanın temperaturu 3 dərəcəyə yaxın olacaq: “Dağlıq və dağətəyi rayonlarda isə intensiv, bəzi yerlərdə qar örtüyünün əmələ gəlməsi ilə güclü qar yağacaq".
U. Tağıyeva yollar buz bağlayacağına görə əhaliyə ehtiyatlı olmağı tövsiyə edib.
U. Tağıyeva qeyd edib ki, son zamanlar sinoptik-meteoroloqlar konkret region üçün səciyyəvi olmayan hava kütlələrinin nadir, bəlkə də bu vaxtlaradək görünməyən konfiqurasiya və hərəkət istiqamətləri ilə qarşılaşırlar:
“Belə proseslərdən biri dekabrın 23-24-də gözlənilir. Adətən qışda soyuq hava kütlələri ölkə ərazisinə şimal-qərb, şimal və ya şimal-şərqdən, yəni Skandinaviya və ya Yeni Torpaq ərazilərindən daxil olaraq havanın xeyli soyumasına və qar yağmasına səbəb olur. Bu dəfə Şərqi Sibir ərazisində temperaturun normadan 17 dərəcəyədək enməsinə səbəb olan anomal soyuq antisiklonun qolu hava kütlələrinin adətən qərbdən şərqə axınının əksinə olaraq, şərqdən qərbə uzanaraq ayın 23-24-də bizim regiona çatacaq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























