İcbari sığortası olmayan avtomobillər radarlarla aşkarlanacaq
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), Daxili İşlər Nazirliyi (DİN) və İcbari Sığorta Bürosu (İSB) arasında fiziki və hüquqi şəxslərin istifadəsində olan nəqliyyat vasitələri və icbari sığorta müqavilələri üzrə məlumatların mübadiləsinə dair Razılaşma imzalanıb.
MBNP-dən “"Marja"ya verilən məlumata görə, “İcbari sığortalar haqqında” Qanunun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2011-ci il tarixli Fərmanının icra edilməsi məqsədi ilə imzalanan Razılaşma DİN və İSB-nin informasiya sistemləri arasında istifadədə olan avtonəqliyyat vasitələrinin icbari sığorta müqavilələrinin yoxlanılması üzrə məlumat mübadiləsinin reqlamentini müəyyən edir.
Sənədə əsasən məlumat mübadiləsi mərkəzləşdirilmiş qaydada DİN-in mərkəzi informasiya sistemi ilə İSB-nin “İcbari Sığorta Məlumat Sistemi” (İSMS) arasında elektron formatda aparılacaq. İcbari sığorta müqaviləsi mövcud olmayan avtonəqliyyat vasitələri radarlar vasitəsilə aşkar ediləcək və avtonəqliyyat vasitəsi sahibləri mövcud qanunvericiliyə əsasən cərimələnəcək.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən icbari sığorta müqaviləsi olmadan avtonəqliyyat vasitəsinin istifadə edilməsinə görə fiziki şəxslər 50 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir.
Hazırda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə əmlaka dəymiş zərərə görə sığorta məbləği 5000 manat, bir şəxsin həyat və sağlamlığa dəymiş zərər üzrə isə 5000 manat təşkil edir. Razılaşmanın nəticəsi olaraq ölkədə icbari sığortası olan avtonəqliyyat vasitələrinin sayının artırılmasına nail olunacaq.
Qeyd edək ki, cari dövrdə bu icbari sığorta növünün penitrasiyası 75%-ə çatır və inteqrasiya tamamlandıqdan sonra artması gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
16 d. əvvəl
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
- 31 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
-
1 saat əvvəl
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
-
1 saat əvvəl
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
-
2 saat əvvəl
“Maliyyə passivliyinə qarşı “peyvənd”: Səhm, IPO və investor təfəkkürü” - MÜSAHİBƏ
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
Ən çox oxunanlar
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Rəsmi məzənnələr açıqlandı
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 23 GÜN
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək















.jpg)






