"Qarabağda həyata keçiriləcək bütün layihələrə investisiya təşviqi sənədinin verilməsi məsələsi müzakirə olunur”
İnvestisiya təşviqi sənədi alanlara böyük vergi güzəştləri verilir.Gələn ildən başlayaraq işğaldan azad olunmuş ərazilərdə yaşayıb-işləyəcək Vətən müharibəsi iştirakçılarına, şəhid ailəsi və əlil statusu almış şəxslərə bir sıra digər vergi güzəştləri də veriləcək.
Bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Şamaxıda keçirilən “İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda elmi-praktik konfransda deyib.
S.Ələkbərov qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlara) vergi güzəştləri və tətillərinin, habelə sosial sığorta üzrə güzəştlərin verilməsi ilə bağlı təkliflər hazırlanır. İşğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsini və investisiya cəlbediciliyinin artırılmasını, optimal güzəştlərin hazırlanmasını və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şəraitin yaradılmasını əhatə edən layihələr üzərində işlər davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Sərəncamının 2.1-ci bəndində nəzərdə tutulmuş, hazırda son müzakirələr mərhələsində olan “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda iqtisadıyyatın şaxələnməsinə və investisiyaların cəlb olunmasına vergi siyasətinin effektiv dəstəyinin təmin edilməsi və investisiya mühitinin daha da yaxşılaşdırılması üçün bir sıra tədbirlər nəzərdə tutulur: İşğaldan azad edilmiş ərazilərin inkişafı üçün vergi təşviqlərinin tətbiq olunması; Yeni istehsal sahələrinin qurulmasına görə kapital qoyuluşlarına uyğun olaraq mənfəət vergisinə güzəştlərin verilməsi; Turizmin inkişafı üçün vergi təşviqlərinin verilməsi və s.
“İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlıq subyektlərinin böyük bir hissəsinin investisiya təşviqi sənədi ala biləcəyini nəzərə alaraq, onlar üçün qanunvericilikdə nəzərdə tutulmuş vergi güzəştlərini xatırlatmaq istərdim. İnvestisiya təşviqi sənədi almış hüquqi şəxslər və fərdi sahibkarlar həmin sənədi aldığı tarixdən 7 il müddətinə bir sıra vergiləri və rüsumları ödəməkdən azaddırlar: Hüquqi şəxslər və fərdi sahibkarlar əldə etdikləri mənfəətin (gəlirin) 50 faizinə görə mənfəət (gəlir) vergisi; Müvafiq investisiya layihəsi çərçivəsində investisiya vəsaiti hesabına əldə edilmiş əmlaklarına görə əmlak vergisi; Mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlarına görə torpaq vergisi; Müvafiq təsdiqedici sənəd əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına görə ƏDV və gömrük rüsumu. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bütün layihələrin investisiya təşviqi sənədi verilən layihələrə aid edilməsi məsələsi də müzakirə olunur”, - deyə nazir müavini diqqətə çatdırıb.
Telegramda Marja.az səhifəsinə abunə olun
© Azərtac
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
- 13 d. əvvəl
- 42 d. əvvəl
- 43 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
Türkiyə ən çox xam neft və neft məhsullarını Rusiya, İraq və Qazaxıstandan alıb
-
1 saat əvvəl
Beynəlxalq Halal Forumda “Azərbaycan pavilyonu” böyük maraqla qarşılanıb
-
2 saat əvvəl
"Əminəm ki, biz, həmçinin Azərbaycana çox məhsullar təqdim edə bilərik"
-
12 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan yutuber kim olub?
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Yaponya iqtisadiyyatı cüzi artıb
Anthropic-in dəyəri 380 milyard dollara çatıb
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

























