“McDonald's Azərbaycan” restoranlarında “Yardım əlini uzat!” xeyriyyə aksiyası keçirilib - FOTO - VİDEO
(®) Noyabrın 1-dən 20-dək bütün “McDonald's Azərbaycan” restoranlarında aksiyanın ənənəvi simvolu olan uşaqlara kömək, mehribanlıq və isti münasibət təəssüratını bağışlayan əli simvolizə edən “Ovuc” stikerli “Yardım əlini uzat!” adlı xeyriyyə aksiyası keçirilib.
Aksiya nəticəsində 20 gün ərzində “SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyasındakı uşaqlar üçün nəzərdə tutulan 20.000 AZN məbləğində vəsait toplanıb. Toplanmış məbləğin yarısı (10.000 AZN) valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqların psixoloji yardımına xərclənəcək. Qalan 10.000 AZN isə “SOS Uşaq Kəndləri Azərbaycan”ın uşaqları üçün ilkin tələbat mallarının alınmasına xərclənəcək.
Qeyd edək ki, “McDonald's Azərbaycan” hər zaman “Kiçik uşaqların böyük problemləri olmamalıdır!” şüarına sadiqdir. Xeyriyyə aksiyaları Korporativ Sosial Məsuliyyətinə böyük diqqət yetirən “McDonald’s Azərbaycan”ın siyasətinin tərkib hissəsidir. 22 ildir ki, “McDonald’s Azərbaycan” şirkəti restoranlara gələn qonaqların dəstəyi ilə uşaq evlərinə, tibb fondlarına, idman tədbirlərinə yardımla bağlı bir çox kampaniyaları həyata keçirib.
“McDonald's Azərbaycan” bu aksiyada iştirak edən bütün qonaqlara təşəkkür edir! Birlikdə biz xüsusi qayğıya ehtiyacı olan uşaqların həyatını müsbətə doğru dəyişə bilərik!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 51 d. əvvəl
-
- 52 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
1 saat əvvəl
"Bakı–Tbilisi–Qars istifadəyə verildi. Avropa dəmir yolu sisteminə birbaşa çıxışımız var"- AÇIQLAMA
-
2 saat əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Qeyri-neft ixracında özəl şirkətlər kəskin artım göstərib, dövlət ixracatçılarında azalma qeydə alınıb
Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır - FƏRMAN
PAŞA Bank “Oyun 360” məhsulunu istifadəyə verdi
"Bakı–Tbilisi–Qars istifadəyə verildi. Avropa dəmir yolu sisteminə birbaşa çıxışımız var"- AÇIQLAMA
Ən çox oxunanlar
İyunun 3-də gözlənilən hava şəraiti
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb

















.jpg)



