"Azər Türk Bank" uşaqları "Spark" cizgi filmilə təbrik etdi
Hər zaman korporativ sosial məsuliyyət missiyasına sadiqlik nümayiş etdirən "Azər Türk Bank" “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Bakıda yerləşən uşaq evlərinin sakinlərini şəhərin ən böyük kinoteatrına dəvət etdi.
Bankdan verilən məlumata görə, balaca tamaşaçılar burada Kanada istehsalı olan və ilk dəfə Azərbaycan dilində Murad Dadaşov, Cabir İmanov, Sənubər İsgəndərli, Hüsniyyə Məhərrəmova və başqa məşhur aktyorlar tərəfindən səsləndirilən “Spark” cizgi filminə baxıblar. Bank xüsusilə uşaqların sevincinə sevinc qatmaq üçün dünyaca məşhur olan bu filmin dilimizə dublyaj olunması işinə sponsorluq etmiş və məhz 1 iyun günündə balaca qəhrəmanlar üçün cizgi filmin ana dilimizdə nümayişininə öz dəstəyini vermişdir.
Filmə baxdıqdan sonra uşaqlar və onların müəllimləri "Azər Türk Bank"ın bu təşəbbüsünə çox sevindiklərini söyləyərək, belə bir bayram hədiyyəsi üçün öz təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, 1995-ci ildən bəri xalqa xidmət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 7 d. əvvəl
- 21 d. əvvəl
-
37 d. əvvəl
Azərbaycanın Rusiya və Türkiyə ilə idxal - ixracının həcmi azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycandan Ermənistana ixracın həcmi 10 milyon dollara yaxınlaşıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
-
1 saat əvvəl
Samsung-un 47 min əməkdaşından tətil qərarı - Şirkətin səhmləri 3 faiz ucuzlaşıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Böyük planlarınız üçün böyük kredit Expressbankda
Azərbaycanın Rusiya və Türkiyə ilə idxal - ixracının həcmi azalıb
Azərbaycandan Ermənistana ixracın həcmi 10 milyon dollara yaxınlaşıb
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
Ən çox oxunanlar
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
"Milla Dairy" və Danone strateji əməkdaşlığı genişləndirir
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu












.jpg)








