Sabah Xırdalanda tut tingləri yarmarkası keçiriləcək
Ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı Nazirliklərinin birgə təşkilatçılığı ilə 3 dekabr 2021-ci il tarixində Xırdalan şəhərində əhaliyə tut tinglərinin paylanması yarmarkası keçiriləcək.
Bu barədə Ekologiya və Təbii sərvətlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, Abşeron Dövlət Aqrar İnkişaf Mərkəzinin qarşısında baş tutacaq aksiya zamanı vətəndaşlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik sahələrində yetişdirilən tut tingləri paylanılacaq.
Qeyd edək ki, Abşeron yarımadasının mülayim və quru iqlimi üçün xarakterik olan tut ağacının Azərbaycanda bir çox növləri yayılıb, eyni zamanda qiymətli bitki kimi respublikanın əksər rayonlarında çox qədimdən becərilir.
Yarmarkanın məqsədi ağac əkmək istəyən hər kəsi tinglərlə təmin etməklə onlara dəstək olmaq, təbiətə töhfə vermək və insanlarda təbiətə səmimi münasibət formalaşdırmaqdır.
Vətəndaşları saat 10:00-dan 14:00-dək davam edəcək tut tingləri yarmarkasında iştirak etməyə (ünvan: Xırdalan şəhəri, İsi Məlikzadə küçəsi 115), təbiətə fayda verəcək bu aksiyadan yararlanmağa çağırırıq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
3 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)

















