Mərkəzi Bankın Naxçıvan İdarəsi tələbələr üçün tədbir keçirib
24 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən “Bank Savadlılığı Layihəsi” çərçivəsində Naxçıvan Dövlət Universitetinin tələbələri üçün “Mərkəzi Bankçılıq və Milli Pul Nişanları” adlı tədbir keçirilmişdir.
İdarənin yaydığı məlumatda bildirilir ki, tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev açaraq tədbirin keçirilməsinin tələbələrin bank məhsul və xidmətlərini başa düşməsinə, bank risk və imkanlarını qiymətləndirməsinə, onlarda rasional seçimlər etmək üçün zəruri olan məlumatlılıq səviyyəsinin artırılmasına və müxtəlif maarifləndirici vasitələrlə tələbələrin bank sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsinə dəstək göstərdiyini, eyni zamanda tələbələrin akademik tədris dövründə öyrəndikləri nəzəri biliklərin praktikada necə icra olunduğunu və əldə olunan bu biliklərin onların gələcək uğurlu karyerasına da öz töhfəsini verəcəyini qeyd etmişdir.
Sonra Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev “Bank Savadlılığı Layihəsi” çərçivəsində İdarə tərəfindən istehlakçıların bank savadlılığının artırılması və bu yolla onların hüquqlarının qorunmasına yönəlmiş müxtəlif tədbirlər həyata keçirildiyini vurğulamışdır. Tədbirin keçirilməsində məqsədin bank savadlılığının ictimai dəyər kimi tanınması, tələbələrin savadlılıq səviyyəsinin artırılması, həmçinin bank məsələləri ilə bağlı düzgün qərarların verilməsini dəstəkləmək, onlarda bank sektoruna inamı gücləndirməkdən və bank sektoru ilə əlaqəli öyrənilən bilik və bacarıqların Mərkəzi Bank əməkdaşları ilə birlikdə daha da təkmilləşdirilməsi və inkişaf etdirilməsindən ibarət olduğunu vurğulamışdır.
Daha sonra videobağlantı ilə tədbirə qoşulan Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev qarşılıqlı əməkdaşlıq çərçivəsində bu cür tədbirlərin keçirilməsini yüksək qiymətləndirdiyini söyləmiş və muxtar respublikada əhalinin bank savadlılığının artırılması istiqamətində marifləndirici seminar və tədbirlərin keçirilməsinə bundan sonra da müvafiq dəstəyin göstəriləcəyini bildirmiş və tədbirin gedişatına uğurlar arzulamışdır.
Tədbir zamanı iştirakçılara Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsinin “Bank Savadlılığı Komandası”nın üzvləri Azər Səfərov, Qənbər Xudiyev, Mərhəmət Bayramov və Pərviz Babayev tərəfindən Mərkəzi Bankın inkişaf yolu, Mərkəzi Bankın məqsəd və funksiyaları, onun iqtisadiyyatda rolu, o cümlədən pul siyasəti, valyuta ehtiyatlarının idarə olunması, məzənnə rejimləri, uçot faiz dərəcəsi, inflyasiya, milli pul nişanlarının dizayn və mühafizə fəlsəfəsi və s. mövzular elektron slaydlarla tədris olunmuş və iştirakçıların sualları ətraflı cavablandırılmışdır.
Sonda iştirakçılar arasında oyun əsaslı tədris platforması olan “Kahoot” sistemi vasitəsilə yarışma keçirilmiş və qalib olan ilk üç komandaya “Zəfər Yolu” kitabı, oxunması zəruri olan kitablar, sertifikatlar, Naxçıvanbank ASC, Beynəlxalq Bank ASC-nin və Azər-Türk Bank ASC-nin yerli filialları tərəfindən dəyərli hədiyyələr təqdim edilmişdir.
Həmçinin tədbirin yekunu olaraq tələbələrə anonim sorğu-anketlər paylanılmış və keçirilən tədbir iştirakçılar tərəfindən cavablandırılaraq müvafiq dəyərləndirmələr aparılmışdır.
Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsi “Bank Savadlılığı Layihəsi” çərçivəsində əhalinin bank sahəsində bilik və bacarıqlarının artırılmasına yönəlmiş silsilə tədbirləri bundan sonra da davam etdirəcəkdir.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
10 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 11 saat əvvəl
-
11 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 11 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Ən çox oxunanlar
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var



















