Bəzi diaqnostika mərkəzləri rayon xəstəxanalarına birləşdirilir - SİYAHI

Azərbaycanda bəzi müalicə diaqnostika mərkəzləri rayon\şəhər mərkəzi xəstəxanalarına birləşdiriləcək.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd olunub ki, bu günə qədər 7 mərkəz xəstəxanalara birləşdirilib. Bundan sonra isə 4 mərkəzin birləşdirilməsi nəzərdə tutulub. Həmin tibb müəssisələri aşağıdakılardır:
- Şirvan Müalicə Diaqnostika Mərkəzi Şirvan Şəhər Mərkəzi Xəstəxanasına
- Qazax Müalicə-Diaqnostika Mərkəzi Qazax Rayon Mərkəzi Xəstəxanasına
- Cəlilabad Müalicə-Diaqnostika Mərkəzi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına
- Tovuz Hemodializ və Diaqnostika Mərkəzi Tovuz Rayon Mərkəzi Xəstəxanasına
Bildirilib ki, agentlik bu il səhiyyə sistemində bir çox islahatlar həyata keçirib. Aparılan islahatların məqsədi xəstəxanaların kadr potensialı ilə maddi-texniki resurslarının birləşdirilməsi nəticəsində tibbi xidmətlərin keyfiyyətinin və onlara əlçatanlıq səviyyəsinin yüksəldilməsidir: "Bir şəhər və ya rayonda vahid tibb müəssisəsinin yaradılması daha effektiv idarəetmə sisteminə təkan verəcək, həm həkim və qeyri-tibb heyətinin əməkhaqları artacaq, həm də maliyyə vəsaitlərindən daha səmərəli istifadə təmin olunacaq".
Qeyd edək ki, struktur dəyişiklikləri nəticəsində indiyədək aşağıdakı müalicə diaqnostika mərkəzləri rayon mərkəzi xəstəxanalarına birləşdirilib:
- Lənkəran Müalicə-Diaqnostika Mərkəzi Lənkəran Rayon Mərkəzi Xəstəxanasına
- Qəbələ Müalicə-Diaqnostika Mərkəzi Qəbələ Rayon Mərkəzi Xəstəxanasına
- Füzuli Müalicə-Diaqnostika Mərkəzi Füzuli Rayon Mərkəzi Xəstəxanasına
- Quba Müalicə-Diaqnostika Mərkəzi Quba Rayon Mərkəzi Xəstəxanasına
- Bərdə Müalicə-Diaqnostika Mərkəzi Bərdə Rayon Mərkəzi Xəstəxanasına
- Zaqatala Müalicə-Diaqnostika Mərkəzi Zaqatala Rayon Mərkəzi Xəstəxanasına
- Şamaxı Müalicə-Diaqnostika Mərkəzi Şamaxı Rayon Mərkəzi Xəstəxanasına
Bakı şəhəri üzrə tibb müəssisələrində aparılan struktur dəyişikliklər Ailə Sağlamlıq Mərkəzlərinin və tibb mərkəzlərinin yaradılması, habelə elmi-tədqiqat institutları və ixtisaslaşmış tibbi mərkəzlərin bəzilərinin fəaliyyətinin optimallaşdırılması ilə bağlıdır. Ailə Sağlamlıq Mərkəzləri ilkin səhiyyə xidmətinin göstərilməsi məqsədilə yaradılır. Bu günə qədər poliklinikada birgə göstərilən ilkin səhiyyə xidməti və ixtisaslaşdırılmış poliklinik xidmətin bir-birindən ayrılaraq müstəqil fəaliyyət göstərməsi nəzərdə tutulub. Ailə Sağlamlıq Mərkəzlərində yalnız ilkin səhiyyə xidməti çərçivəsində tibbi xidmətlər göstəriləcək. Hazırda bu islahat Nərimanov rayonundakı tibb müəssisələrində həyata keçirilir.
Tibb mərkəzləri ilə bağlı məsələyə gəldikdə isə aparılan struktur dəyişikliyinə əsasən Bakı şəhərinin rayonları üzrə 11 tibb mərkəzi yaradılıb və paytaxtda çoxprofilli stasionar və ixtisaslaşdırılmış poliklinik xidmət göstərən tibb müəssisələri müvafiq ərazi üzrə tibb mərkəzlərinin tabeliyinə verilib. Bunlar Kliniki Tibbi Mərkəz (Nəsimi, Yasamal, Səbail), Nərimanov, Nizami, Sabunçu, Binəqədi, Suraxanı, Lökbatan, Qaradağ, Xətai, Pirallahı və Xəzər tibb mərkəzləridir.
Elmi-tədqiqat institutları və ixtisaslaşmış tibbi mərkəzlərində aşağıdakı struktur dəyişikliyi həyata keçirilib:
- Xüsusiləşdirilmiş Angioloji Mərkəz M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzin strukturuna verilib, bununla da damar cərrahiyyəsi istiqamətində imkanlar genişləndirlib.
- Uşaq Bərpa Müalicə Mərkəzi, Uşaq Nevroloji Xəstəxanası və 6 nömrəli Klinik Uşaq Xəstəxanası K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun strukturuna verilib.
- Respublika Uşaq Klinik Xəstəxanası Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına birləşdirilib.
Bununla yanaşı, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələri daxil olmaqla “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsi yaradılıb. Respublika Stomatoloji Mərkəzi, Müharibə Veteranları Xəstəxanası və Yazıçılar Poliklinikası “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsin strukturuna verilib.
Habelə, Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələri daxil olmaqla “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxs yaradılıb. 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanası, 2 nömrəli Şəhər Xəstəxanası, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanası və Sumqayıt Uşaq Xəstəxanası “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsin strukturuna verilib.
Sözügedən tibb müəssisələrində tibbi xidmətlərin təkmilləşdirilməsi ilə bağlı təminat-təzhizat məsələləri, maddi texniki baza, qeydiyyat sisteminin qurulması və digər işlərin aparılması davam edir. Gələcəkdə də tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə tibb müəssisələrində struktur dəyişikliklərinin aparılması nəzərdə tutulur.
Telegramda Marja.az səhifəsinə abunə olun
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
-
2 saat əvvəl
Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı
-
-
2 saat əvvəl
Bank of Baku istiqrazları yüskək tələbatla satıldı - 99%-i fiziki şəxslər olan 601 investor!
-
2 saat əvvəl
"Sea Breeze Health Valley" layihəsilə ölkəmizin səhiyyə sisteminin modernləşəcəyi bildirilib
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Bu il 71 min unsiyadan bir qədər çox qızıl hasil etməyi planlaşdırırıq "
-
5 saat əvvəl
"Bank of Baku"nun istiqrazlarına 601 investordan 682 sifariş - BANK 20 MİLYON MANATI CƏLB EDƏ BİLDİ
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı

Azərbaycan şirkəti Türkiyə şirkətilə müqavilə imzalayıb - Modulyar Panel Sistemlərinin quraşdırılacaq

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycanın Milli Depozit Mərkəzi ilə Qazaxıstanın Mərkəzi Depozitarı arasında müxbir əlaqələr yaradılıb
Ən çox oxunanlar

"Bank of Baku"nun istiqrazlarına 601 investordan 682 sifariş - BANK 20 MİLYON MANATI CƏLB EDƏ BİLDİ

Azərbaycan və Qətər Sərmayə Fondu birgə layihələri müzakirə edib

“Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləri "PAŞA Bank" ilə strateji tərəfdaşlığı elan ediblər

SOCAR İtaliyada 4500 yanacaqdoldurma məntəqəsi olan şəbəkəni aldı

"Ələtdə istifadəyə veriləcək yeni yük hava limanı Azərbaycanı Avrasiyada əsas logistika mərkəzlərindən birinə çevirəcək"

Spirtin və alkoqollu içkilərin istehsalı, idxal və satışına dövlət nəzarəti bu quruma da tapşırıldı
