Güzəşt hüququ əmək müqaviləsi qüvvəyə mindiyi tarixdən hesablanacaq - DƏYİŞİKLİKLƏR
Məlum olduğu kimi, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər paketi artıq Milli Məclisə təqdim olunub. Qanunvericiliyə təklif edilmiş dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq fəaliyyətinin təşviq olunması, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, vergi uçotunun, vergitutma və vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, sahibkarlıq subyektlərinə vergi təşviqlərinin verilməsi və s. istiqamətləri əhatə edir.
Marja.az xəbər verir ki, qanun layihəsi ilə bağlı müzakirələr davam etdiyindən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti təklif olunan bəzi əsas dəyişikliklər və onların əsaslandırılmasını hissə-hissə ictimaiyyətin diqqətinə təqdim edir.
Sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması istiqamətində verilmiş təkliflərdən biri də müəssisənin və fərdi sahibkarın fəaliyyətinin ləğvi ilə əlaqədar işdən çıxarılmaya görə, habelə işçinin vəfatı ilə bağlı əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə Əmək Məcəlləsinə müvafiq olaraq ödənilən təminatların gəlir vergisindən azad edilməsidir.
Mövcud qanunvericilikdə müəssisənin və fərdi sahibkarın fəaliyyətinin ləğvi ilə əlaqədar işçiyə ödənilən təminat ümumi qaydada gəlir vergisinə cəlb edilir. Təklif olunan dəyişikliyə əsasən, vergi ödəyicisinin ləğvi və işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə Əmək Məcəlləsinə uyğun olaraq ödənilən təminatların fiziki şəxslərin gəlir vergisindən azad olunması nəticəsində həmin məbləğlər vətəndaşlar tərəfindən vergi tutulmadan əldə ediləcək.
Gəlir vergisi ilə əlaqədar Vergi Məcəlləsinə təklif edilmiş digər bir dəyişiklik fiziki şəxsin vergi güzəştinin həmin fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə mindiyi tarixdən hesablanması ilə bağlıdır. Belə ki, bir sıra hallarda fiziki şəxsin güzəşt hüququnu müəyyən edən statusu olmasına baxmayaraq (məsələn, əlilliyi və ya həlak olmuş döyüşçünün övladı olması və s.), əmək müqaviləsi bağladığı anda bu barədə bəzən məlumatsız olması və digər səbəblərdən müvafiq təsdiqedici sənədləri işəgötürənə müəyyən müddətdən sonra təqdim edir. Nəticədə işçinin güzəşt hüququ olsa da həmin hüququndan vaxtında istifadə edə bilmir və əvvəlki dövrlər üzrə də ona ödənilmiş gəlirlər üzrə güzəştlər tətbiq olunmur. Bununla da faktiki olaraq güzəşt hüququ olan şəxsin hüquqları pozulmuş olur.
Təklif edilən dəyişiklik isə müvafiq güzəşt hüququ olan şəxsin bu hüququndan sənədlərin işəgötürənə təqdim edilmə tarixindən asılı olmayaraq əmək müqaviləsi hüquqi qüvvəyə mindiyi tarixdən hesablanmasını nəzərdə tutur.
Həmçinin oxu
ƏDV bu malların ticarət əlavəsindən hesablanacaq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
5 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
5 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
























