“Qarabağın Qara Kitabı” və “Qarabağ – qələbəyə doğru” kitablarının təqdimatı baş tutdu
(®) Noyabrın 3-də Beynəlxalq Muğam Mərkəzində PAŞA Həyat şirkətinin dəstəyi ilə “Qarabağın Qara Kitabı” və “Qarabağ – qələbəyə doğru” adlı kitabların təqdimatı keçirilib.
Yeni nəşrlər Azərbaycanın ayrılmaz bir parçası olan Qarabağın yeni tarixinə həsr olunub və “PAŞA Həyat Sığorta” ASC və “IRS Publishing House”un 2013-cü ildən birgə həyata keçirdiyi “İrs” silsiləsi layihəsi çərçivəsində ərsəyə gəlib.
Tədbirdə Mədəniyyət naziri Anar Kərimov, "PAŞA Həyat Sığorta" ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov, əməkdar jurnalist Musa Mərcanlı və başqaları çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb, layihənin önəmini vurğulayıblar. Təqdimatda həmçinin Milli Məclisin deputatları, media nümayəndələri da iştirak ediblər.
Təqdim edilən yeni kitablar əlamətdar olaraq Zəfər ayında Azərbaycanın qədim və füsunkar diyarına – Qarabağa həsr olunub. “Qarabağın Qara Kitabı”-nda Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində təbiətinə, yaşayış fonduna, əmlaklara, tarixi abidələrə, mədəniyyət nümunələrinə vurulmuş ziyan və onun həcmi barədə, “Qarabağ – qələbəyə doğru” nəşrində isə İkinci Qarabağ Müharibəsi gedişatı və parlaq qələbə ilə azad edilmiş ərazilərin təmizlənməsi və barpası haqda bəhs edilir.
Qeyd edək ki, PAŞA Həyat şirkətinin dəstəyi ilə ərsəyə gələn Qarabağa aid silsilədən olan öncəki nəşrlər “Qarabağ – əsrlərin salnaməsi”, “Qədim və gözəl Qarabağ” kitablarıdır.
Qeyd edək ki, layihə çərçivəsində indiyədək “Qədim qalanın yuxuları”, “Qobustan – minilliklər kitabı”, “Təbrizin sehrli nağılları”, “Qədim və gözəl Qarabağ”, “Məftun edən şəhər”, “Bakı simfoniyası”, “Daş keşikçilər”, “Qarabağ – əsrlərin salnaməsi”, “Gəncə - Nizami yurdu”, ”Zəfər Salnaməsi”, “Salam, Azərbaycan!” və “Şəki - Gözəlliyin Sehri” adlı kitablar işıq üzü görüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
45 d. əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
-
- 56 d. əvvəl
-
56 d. əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
Ən çox oxunanlar
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN





















