Açıq məkanda reklam yerləşdirilməsinə görə rüsum zonadan asılı olaraq tətbiq ediləcək
Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və ödənilməsinin xüsusiyyətləri dəyişir.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün tutulan dövlət rüsumunun məbləğləri 1 il müddətinə açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsinə görə müəyyən ediləcək.
Dövlət rüsumu qanuna təklif edilən yeni 33-2.3.1, 33-2.3.2, 33-2.3.3, 33-2.3.4 maddələrə əsasən, reklam daşıyıcısının quraşdırıldığı zonadan asılı olaraq tətbiq ediləcək.
Reklam daşıyıcısının quraşdırıldığı zonadan asılı olaraq açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun (5 manatdan – 100 manatadək) məbləğlərinə aşağıdakı əmsallar tətbiq ediləcək:
- Bakı şəhəri üzrə - 1;
- Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə - 0,8;
- Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna
olmaqla), Mingəçevir, Şirvan, Lənkəran, Yevlax, Şəki, Qəbələ, Quba, Naftalan
şəhərləri və Xaçmaz rayonunun Nabran qəsəbəsi üzrə - 0,7;
- digər şəhər (rayon), qəsəbə və kənd üzrə - 0,5.
Qeyd edək ki, layihə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumlarının idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Layihədə dövlət rüsumu dərəcələrinin sonuncu qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə inflyasiya səviyyəsinə uyğun indeksasiya edilməklə artırılması, dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi, o cümlədən mövcud qanunvericiliyə əsasən rüsum müəyyən edilməyən bir sıra xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumunun müəyyən edilməsi təklif olunub.
Eyni zamanda dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi nəzərdə tutulub.
İndiyə qədər açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının (icazənin müddəti, reklam daşıyıcısının növü və quraşdırıldığı zonası nəzərə alınmaqla) bir kvadratmetr üçün müəyyən etdiyi dövlət rüsumu ödənilirdi.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
32 d. əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
2 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
Fevralın 15-də gözlənilən hava şəraiti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir






















